• 12:07 – İlham Əliyev Pakistan Prezidentini və Baş nazirini təbrik edib - Yenilənib 
  • 14:03 – Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib 
  • 14:48 – İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO 
  • 13:25 – Prezident: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir” 

Bakı Dövlət Universitetinin yeni rektoru kimdir?

  • 23.04.2019, 19:11,
  • Təhsil
  • Baxılıb: 259
Bakı Dövlət Universitetinin yeni rektoru kimdir?


Bakı Dövlət Universitetinə yeni rektor Elçin Səfəralı oğlu Babayev əvvəllər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işləyib.

Elçin Səfəralı oğlu Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
2019-ci il martın 11-dən etibarən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edirdi.

Qeyd edək ki, Elçin Babayev 1965-ci ilin 4 aprel ayında Naxçıvan şəhərində doğulub.

Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğaların tədqiqi üzrə silsilə nəzəri işlər yerinə yetirilmişdir.

Ağırlıq qüvvəsi və maqnit sahəsi nəzərə alınmaqla güclü dərəcədə qeyri-bircins olan plazmada qeyri-adiabatik maqnit-akustik-qravitasiya (MAQ) dalğalarının yayılması və transformasiyası nəzəriyyəsi işlənilib-hazırlanmışdır.

Hiperhəndəsi Meyer funksiyaları ilə ifadə olunmuş maqnit-hidro-dinamik (MHD) tənliklərin tapılmış analitik həlləri plazmanın qeyri-bircinsliyi və maqnit sahəsi səbəbindən bir tip dalğaların digərlərinə transformasiyasının tam nəzəriyyəsini qurmağa imkan vermişdir.

Dalğaların transformasiya və əks olunmasını xarakterizə edən müvafiq energetik əmsallar hesablanmışdır.

Nəticələr Günəş şəraitinə tətbiq edilmiş və dalğaların fotosferin dərin qatlarından yuxarı qatlarına yayılması zamanı udulması və əks olunması tədqiq edilmişdir. Dalğaların qeyri-bircins mühitdə (plazmada) şüalanma ilə qarşılıqlı təsiri araşdırılmışdır.

Silsilə işlərdə radiasiya itkiləri nəzərə alınmaqla qeyri-bircins, şüalanan, sıxıla bilən, stratifikasiya olunmuş istilik mübadiləsi baş verən mühitdə qeyri-adiabatik və ixtiyari optik qalınlığa malik kiçik hidrodinamik həyəcanlaşmalar tədqiq edilmişdir.

Şüalanma intensivliyinin fluktuasiyalarını təsvir edən tənlik çıxarılmış və ilk dəfə olaraq energetik itkilər funksiyası üçün Eddinqton yaxınlaşmasında izotermik atmosfer halında analitik həllər tapılmışdır.

Tapılmış dəqiq həllər əsasında qeyri-adiabatik atmosfer (akustik və qravitasiya) dalğalarının yayılması və radiasiya sönməsinin ümumi nəzəriyyəsi qurulmuşdur.

İstilik və akustik dalğa modlarının qarşılıqlı təsirini, onların transformasiyasını nəzərə alan qeyri-adiabatik rəqslərin yaradılmış modeli Günəşin 3.3 mHz (5 dəqiqəlik rəqslər) tezliyində inteqral şüalanma selinin fluktuasiyalarının paylanmasındakı müşahidə olunan maksimumu izah etməyə imkan vermişdir.

Qeyd olunan tezlikdə selin fluktuasiyalarının amplitudunun nisbi qiymətləri 1/100000 olmuşdur və bu rəqəm müxtəlif beynəlxalq eksperimentlərin müşahidələrinin nəticələrinə uyğun gəlmişdir.

Göstərilmişdir ki, akustik və istilik dalğalarının yayılma sürətlərinin təqribən bərabər olduğu fotosfer səviyyələrində səs dalğaları əhəmiyyətli dərəcədə qeyri-adiabatik olur və rəqslərin modları bir-birinə qarışır. Nəticədə, eyni bir tezlikdə səs və istilik dalğalarının eyni zamanda müşahidəsi imkanı yaranır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 012
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 319
  • 16
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter