Əsas > Gündəm / Siyasət > Vəzir Həsənov: Dövlət Gömrük Komitəsi yalnız ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur

Vəzir Həsənov: Dövlət Gömrük Komitəsi yalnız ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur


21-11-2019, 11:46. Разместил: xeberdaraz
Vəzir Həsənov: Dövlət Gömrük Komitəsi yalnız ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur


Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra yaradılmış Dövlət Gömrük Komitəsi yalnız ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur. Dahi rəhbər müstəqilliyin ilk illərindən tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik və digər belə hallarla üz-üzə qalmış Azərbaycanda gömrük sisteminin qurulması işinə böyük önəm vermişdir. Gömrük xidmətini dövlət müstəqilliyinin əsas atributlarından biri hesab edən Heydər Əliyev eyni zamanda ölkənin milli və iqtisadi təhlükəsizliyi baxımından qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələlərinə xüsusi diqqət yetirmişdir.

Müdrik dövlət xadimi həmin yığıncaqda Azərbaycan iqtisadiyyatına zərbə vuran qaçaqmalçılığın ictimai təhlükəliliyini sadə bir dillə aydınlaşdıraraq ona qarşı ciddi mübarizənin zəruriliyini belə vurğulamışdır: “Respublikamıza xarici ölkələrdən gizli yolla, yəni sərhədlərdən, gömrük məntəqələrindən keçən qaçaqmalçılıqla mübarizə aparmaq lazımdır.... qaçaqmalçılıqla mübarizə sizin qarşınızda duran əsas vəzifələrdən biridir. Qaçaqmalçılıq adi bir cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi cəhətdən zərbə vuran hallardan biridir. Ancaq qaçaqmalçılığın da bir neçə növü var. Bir var ki, qaçaqmalçılıq yolu ilə gömrük rüsumundan gizlətmək üçün mal keçirir, yaxud valyuta keçirirlər, amma bir də var ki, qaçaqmalçılıq yolu ilə narkotik maddələr keçirir, silahlar keçirir və cinayət məqsədi ilə istifadə olunması üçün başqa ləvazimatlar keçirirlər. Siz bu sahədə çox cavabdehsiniz. Şübhəsiz ki, bizim Sərhəd Qoşunları ilə birlikdə, başqa hüquq-mühafizə orqanları ilə birlikdə. Ancaq bütün malların keçirilməsinə birbaşa nəzarət edən orqan, bütün başqa orqanlardan fərqli olaraq gömrük orqanlarıdır, gömrük xidmətidir. Ona görə bunu birinci növbədə biz sizdən tələb edirik”.

Bununla da ulu öndər Heydər Əliyev gömrük nəzarətinin təşkili, maliyyə intizamının möhkəmləndirilməsi və eyni zamanda qaçaqmalçılara qarşı mübarizə istiqamətində tövsiyə və tapşırıqlarını vermişdir. Həmin illərdə Dövlət Gömrük Komitəsinin rəhbərliyində aparılan kadr dəyişikliyi elə ilk günlərdən özünü büruzə verməyə başlamışdır. İlk olaraq gömrük xidmətinə bilikli, bacarıqlı və peşəsinə uyğun ixtisaslı kadrlar qəbul edilmişdir. Digər tərəfdən Dövlət Gömrük Komitəsinin yeni strukturunun yaradılması, yeni gömrük idarələri və postlarının açılması, eyni zamanda inzibati binaların əsaslı tikintisi və təmirinin həyata keçirilməsi, maddi-texniki bazasının inkişafı, yeni nəzarət cihaz və avadanlıqların alınması və gömrük qanunvericiliyinin müasir normalara uyğunlaşdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur.

Bu tədbirlər ölkəmizin “ötürücü məntəqə” olmasının, eləcə də narkomaniyanın yayılmasının qarşısının alınmasında, narkotəhlükələrin aradan qaldırılmasında, bu istiqamətdə Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında böyük əhəmiyyət daşımışdır.


HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Vəzir Həsənovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən "Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu.

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər "Sumqayıt Baş Gömrük İdarəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Sumqayıt Gömrük İdarəsinin rəisi dövləti belə talayır", Vəzir Həsənovun xaricdəki biznesinə daha kimlər şəriklik edir. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. "Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Vəzir Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vəzir Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Vəzir Həsənovdan danışdılar yaxşı ki, Vəzir Həsənov Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri təyin olunub… Vəzir Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Vəzir Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Vəzir Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vəzir Həsənov özünü doğruldub. Bizdə hörmətli Vəzir Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Geri qayıt