Əsas > Mədəniyyət > Ankarada Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq

Ankarada Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq


3-02-2020, 09:26. Разместил: xeberdaraz
Ankarada Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq


Azərbaycan Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar Ankarada yubiley tədbiri keçiriləcək.

 “AzərTac” xəbər verir ki, fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında reallaşacaq tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət adamları, vaqifsevərlər iştirak edəcəklər.

Tanınmış şair-dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriləcək, sonra ədəbi-musiqili proqram olacaq.

Ölkəmizdən də geniş tərkibli heyətin yubiley mərasiminə qatılacağı nəzərdə tutulur.
Geri qayıt