Əsas > Gündəm / Cəmiyyət > Şər və Böhtan yazanlara tutarlı cavab - Sumqayıt I seçki dairəsi dairə seçki komissiyasının sədri Vaqif Məmmədov

Şər və Böhtan yazanlara tutarlı cavab - Sumqayıt I seçki dairəsi dairə seçki komissiyasının sədri Vaqif Məmmədov


14-02-2020, 10:32. Разместил: xeberdaraz
Şər və Böhtan yazanlara tutarlı cavab - Sumqayıt I seçki dairəsi dairə seçki  komissiyasının sədri Vaqif Məmmədov




Sumqayıt I seçki dairəsi dairə seçki komissiyasının sədri Vaqif Məmmədov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Sumqayıt I seçki dairəsi dairə seçki komissiyasında, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Sumqayıt I seçki dairəsi dairə seçki komissiyasında seçki saxtakarlığı olub". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Şər və Böhtan yazanlara tutarlı cavab - Sumqayıt I seçki dairəsi dairə seçki  komissiyasının sədri Vaqif Məmmədov


Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Sumqayıt I seçki dairəsi dairə seçki komissiyasının sədri Vaqif Məmmədovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məlum sərəncamı ilə 09 fevral 2020-ci il tarixində respublikanın bütün bölgələrində Azərbaycan Respublikası Milli Məcəlləsinə növbədənkənar seçkilər keçirildi. Seçkilərin şəffaf, ədalətli və qanunauyğun şəkildə keçirilməsində AŞ-nın və dünyanın bir çox aparıcı dövlətlərinin müahidəçiləri iştirak edirdirlər. Bundan əlavə xarici və daxili KİV seçki prosesini anbaan izləyərək dəqiq informasiyanı kütlələrə çatdırdırlar. Tam məsuliyyətlə deyə bilərik ki, seçkiləe bütünlükdə şəffa və ədalətli başa çatmışdır. Təbii ki, bəzi dairə və məntəqələrdə cüzi nöqsanlara yol verilmiş, lakin bu nöqsanlar seçici prosesinə heç bir xələl gətirməmişdir. Çünki bu nöqsanlar mahiyyə etibarı ilə çox əhəmiyyətsiz bir fraza hesab olunur. Belə nöqsan və çatışmamazlıqları yaradanlar isə bilavasitə namizədlərin mənafeyini güdən heç bir təşkilatın və partiyanın üzvü olmayan sadəcə namizədin özü tərəfindən təyin edilən şəxslər olur. Gəlin diqqət edək.

Sumqayıt şəhəri 41 saylı dairənin 32 saylı məntəqəsində baş verən hadisə elə bir səhnə yaradır ki, guya ki məntəqədə özbaşınalıqdır, yalnız nəzərdə tutulan namizədlərin mənafeyi qorunur və ancaq həmin namizədin xeyrinə səslər toplanılır. əslində çox aktif şəkildə səsküy qaldıran şəxs müstəqil namizəd Sərvər Süleymanovun şəxsi müşahidəçisi İsmayılov Cavid Əli oğludur. O, sübut etməyə çalışır ki, guya ki, vətəndaş Əliyeva Rübabə Hacıbala qızı seçki məntəqəsində 2-ci dəfə səs verir. Əvvala birdirək ki, Rübabə Əliyeva xəstə adamdır və bu yaxınlarda əməliyyatdan çıxıb. 2-cisi vətəndaş yaşlı bir qadın səs verəcəyi məntəqəni səhv sala bilər. Belə bir hadisə ilə hər birimiz qarşılaşa bilərik. 3-cüsü ən azı həmin qadının barmağında mürəkkəblə işarələnmiş qeydiyyat olmamışdır. Və bu qədər müşahidəçinin qarşısında yaşlı bir qadın belə bir riskə yol verərmi ?

Hörmətli müşahidəçi qeyd edir ki, MSK tərəfindən göndərilmiş seçki qutularında müdaxilə olunub. Guya ki, qutuların bulluteinlərin salındığı deşiklər genişləndirilib. Hesab edirəm ki, belə iftira dolu şərlər tam məsuliyyətsizliyin və təcrübəsizliyin sübutudur.

İstər 41 saylı dairənin sədri Vaqif Məmmədovun, istərsə də, həmin dairənin 32 saylı məntəqəsinin sədri Kəmalə xanım Şirvanlı kifayət qədər təcrübəyə və savada malik adamlardılar. Onlar öz məsuliyyətin dərs edən, püxtələşmiş bir vətəndaş kimi dövlətimiz və dövlətimizin qanunları qarşısında öz cavabdehliklərini, məsuliyyətlərini şərəf və layaqətlərini nümayiş etdirən bir vətəndaş kimi hər zaman prezidnetimizə, xalqımıza, müstəqil Azərbaycanımıza xidmət edən insanlardılar. Ədalət naminə deyək ki, ümumiyyələ bütün dövürlərdə Respublikamızda keçirilə istər prezident seçkilərində, parlament və bələdiyyə seçkilərində Sumqayıt şəhəri 41 saylı dairə və məntəqələrində bu proses həmişə şəffaf, ədalətli və yüksək cavabdehlik şəraitində həyat keçirilir. Respublikada bunu bütün dövlət qurumları təsdiq edə bilər.

İnsanlara böhtan atmağa, ləkələməyə, şərəf və ləyaqətin təhqir etməyə heç kəsə ixtiyar verilməyib. Bütün bunlar dövlətin qanunları ilə tənzimlənir.

Sonda demək istəyirəm ki, Cavid İsmayılov kimiləri ara qarışıdırmaqla , ona-buna şər və böhtan atmaqla heç nəyə nail ola bilməzlər.

Geri qayıt