• 14:58 – İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib 
  • 11:28 – Prezident Şirvan suvarma kanalının təməlini qoyub 
  • 13:25 – Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq 
  • 14:14 – İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB 

Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib

  • 03.05.2019, 11:07,
  • Gündəm
  • Baxılıb: 267
Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib



Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkı uzun müddətdir əsaslı təmirə bağlanıb. Parkda yenidənqurma işlərinin ləngiməsi bu ərazidə yaşayanları da narazı salmışdı. Nəhayət Ayna Sultanova parkı ilə bağlı "buzlar əriməyə” başlayıb. Son günlər burada canlanma müşahidə olunmaqdadır. Bununla yanaşı, Ayna Sultanovanın heykəlinin götürüləcəyi barədə də söz-söhbət gəzir.

Anews.az xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən saytımıza bildirilib ki, ötən ilin dekabr ayında imzalanmış sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Ayna Sultanova parkında yenidənqurma işləri aparılacaq.

Binəqədi Rayon İcra Hakimiyyətidən verilən açıqlamada qeyd edilir ki, parkda ağacların kəsilməsi ilə bağlı son günlər yayılan xəbərlər əsassızdır:

"Ağaclar kəsilmir, sadəcə olaraq budanır. Park təmir olunan zaman orada yeni dekorativ ağaclar da əkiləcək”.

Binəqədi Rayon İcra Hakimiyyəti Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə yayılmış fikirlərin də yanlış olduğunu bəyan edib:

"Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yenilənməsi işləri gedir”.

İcra Hakimiyyətindən deyilib ki, təmir işləri sürətləndirilib və ehtimal ki, iyun ayında açılışı olacaq.

Ayna Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.

O, Azərbaycanda bolşevik partiyasına yazılan ilk azərbaycanlı qadın, uzun illər Azərbaycanda kommunist partiyasının ideyalarını həyata keçirən bolşevik siyasi xadim olub. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.

A.Sultanova məşhur bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi.

A.Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə güllələnib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 061
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 380
  • 18
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter