• 16:00 – Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur... 
  • 14:58 – İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib 
  • 14:23 – İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” 
  • 11:28 – Prezident Şirvan suvarma kanalının təməlini qoyub 

Qaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLAR

Qaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLAR

Milli Konstitusiya günü qeyd olundu

Qaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLAR


12 noyabr-Konstitusiya Günü münasibəti ilə rayonumuzda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk milli Konstitusiyanın milli dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyəti olduğunu bildirmişdir. O qeyd etmişdir ki, ümumbəşəri və demokratik dəyərlərə əsaslanan Konstitusiyamız müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açmışdır. RİH başçısı bu əlamətdar tarixi gün münasibətilə respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər milli Konstitusiyanın qəbulundan sonra Azərbaycanda dövlət quruculuğu sahəsində yeni mərhələnin başlandığını bildirimiş Konstitusiyanın qəbul edilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulanmışlar.

Qaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLAR


Regional Dövlət proqramlarının uğurlu icrası Qax rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklərə səbəb olmuşdur

Azərbaycanın dilbər guşələrindən biri olan Qax haqqında bu qeydləri yazmaq istəyəndə ilk öncə ölkə Prezidenti İlham Əliyevin dediyi sözləri xatırladım: "Hər dəfə Qaxda olanda, yenilikləri görəndə çox sevinirəm. Rayon inkişaf edir, gözəlləşir, belə gözəl memarlıq əsərləri yaranır. Deyə bilərəm ki, müasir Azərbaycanda belə gözəl guşələrin yaradılması yəqin ki, Qaxda başlayıb". Çox sərrast deyilmiş sözlərdir. Hər bir qaxlı üçün bütün ömrü boyu iftixar hissi ilə xatırlanmalı sözlərdir...

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev qürur hissi ilə danışır. Doğulub boya-başa çatdığı, canından çox sevdiyi bir məkan haqqında Azərbaycan Prezidenti İlham Əliyevin dediyi bu sözlər onun qəlbini bilirsiniz nə qədər coşdurub?

Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Musa Şəkiliyevin əməyi böyükdür

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Qax rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Qaxın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Qax Rayon İcra başçısı Musa Şəkiliyevin əməyi böyükdür. Musa müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Qaxda son aylar həyata keçirilən işlər danılmazdır. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Qaxın xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Qax tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.

Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Qax dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Qaxda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Qax rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. Bu da Qaxın regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Qax inamla gələcəyə doğru addımlayır

Doğrudan da Qax regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində rayon İH başçısı Musa Şəkiliyevin əməyi böyükdür. Əminik ki, Qax bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Qaxın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.

Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Musa müəllimin üzünü və rayonda gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.

Rayonun kəndlərində iki məktəb binası istifadəyə verilib
Qaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLAR

“Bilik günü” ərəfəsində, sentyabrın 13-də Qax rayonunun Tasmalı və Əlibəyli kəndlərində iki yeni məktəb binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimlərdə Təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın Azerbaycandakı səfiri Zurab Pataradze, rayon rəhbərliyi, məktəb kollektivləri, valideynlər və kənd sakinləri iştirak ediblər.
Hər iki məktəb binasıının açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Mərasimlərdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, məktəb kollektivlərinə yeni dərs ilində uğurlar arzulamışdır. Bildirmişdir ki, son illər rayonda təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Rayonda 23 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 3 məktəb binası əsaslı təmir olunmuşdur. Hazırda rayonun 7 kənd məktəbi üçün quraşdırılan modul tipli binalarda son tamamlama işləri görülür.
Diqqətə çatdırmışdır ki, Əlibəyli kənd tam orta məktəbinin 216 şagird yerlik yeni binası Prezident İlham Əliyevin 2018-ci il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilmişdir. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən Tasmalı kənd tam orta məktəbin yeni binası isə 264 şagird yerlikdir.
Təhsil nazirinin müavini İdris İsayev çıxışında təhsil sisteminin maddi-texniki bazasını təkmilləşdirmədən, formalaşdırmadan onun inkişaf etdirilməsinin çox çətin olduğunu vurğulayaraq demişdir: “Son illər təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsinə, təhsil qanunvericiliyinin, tədrisin məzmununun təkmilləşdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevun diqqət və qayğısı nəticəsində, həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdəki ümumtəhsil məktəblərinin demək olar ki, 72 faizi yenilənmiş, 3200-dən çox yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Ucqar kəndlərdə 250 modul tipli məktəb quraşdırılmışdır”.
Bu prosesin davamlı xarakter daşıdığını vurğulayan nazir müavini bildirmişdir ki, cari ildə də 50-si modul tipli məktəb olmaqla, ölkə ərazisində 84 məktəb binasının tikintisi aparılıb. Tədris ilinin başlanğıcınadək 43 məktəb binasının açılışı nəzərdə tutulur. Sevindirici haldır ki, Qax rayonunun iki kəndinin şagirdləri də yeni dərs ilində yeni binalarda təhsil alacaqlar.
Mərasimlərdə müəllim və şagirdlər, valideynlər çıxış edərək təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonra mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olmuşlar. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni məktəb binalarında sinif otaqları ilə yanaşı, fənn kabinetləri, laboratoriyalar, texnologiya və kompüter otaqları, 100 yerlik yeməkxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəblərin həyətində geniş abadlıq işləri aparılmış, idman meydançaları salınmışdır.

Qaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLAR
Qaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLAR
Qaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLAR
Qaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLARQaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLARQaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLARQaxda inkişafdan danışmır, onu reallaşdırırlar - ÖZƏL+FOTOLAR
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 076
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 436
  • 18
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter