• 16:00 – Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur... 
  • 14:58 – İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib 
  • 14:23 – İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” 
  • 11:28 – Prezident Şirvan suvarma kanalının təməlini qoyub 

"AXCP ağalarının sifarişinə əsasən Azərbaycanda xaos yaratmaq istəyir" — Mirkazım Kazımov

  • 21.10.2019, 15:30,
  • Siyasət
  • Baxılıb: 43
"AXCP ağalarının sifarişinə əsasən Azərbaycanda xaos yaratmaq istəyir" — Mirkazım Kazımov

"Radikal müxalifətin əsas fəaliyyəti ölkədə uzun illər boyunca böyük zəhmətlər hesabına yaradılan sabitliyin pozulmasına və xaosun yaradılmasına xidmət edir".
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Mirkazım Kazımov deyib.

Onun sözlərinə görə, bu gün anti-Azərbaycan qüvvələrə xidmət edən AXCP və Milli Şuranın oktyabrın 19-da şəhərin mərkəzində mitinq keçirmək cəhdi də bunun açıq nümunəsidir. “Hər zaman anti-Azərbaycan, xüsusən də erməni lobbisinin nəzarətində olan AXCP və Milli Şura ağalarından aldığı sifariş əsasında fəaliyyətlərini hər vasitə ilə son 26 ildə Azərbaycanın böyük zəhmətlər hesabına istər ölkəni hərtərəfli inkişafında əldə etdiyi uğurlara, istərsə də beynəlxalq reytinqinə zərbə vurmaq istiqamətində fəaliyyət göstərib. Biz zaman-zaman şahidi olmuşuq”- deputat bildirib.

M.Kazımov əlavə edib ki, Azərbaycan demokratik ölkə olduğundan vətəndaşlarına söz və fikir azadlığını təmin etmək üçün hər cür şərait yaradılıb. “O cümlədən dağıdıcı müxalifət olan AXCP və Milli Şuraya… Bakı Şəhər İcra Hakimiyyəti bu qüvvələrə aksiyalarını keçirmək üçün Lökbatanda yer təklif etsə də, onlar bundan imtina etdi. Səbəb isə aydındır. Birincisi, sosial dayağın olmaması, ikincisi isə anti-Azərbaycan qüvvələrin sifarişini icra edib, ölkədə ictimai asayişi pozaraq xaos yaratmaq. Bu dağıdıcı müxalifət iflasını gördüyündən və arxasında Lökbatana heç kimin gedəcəyini yaxşı bildiyindən, ikinci variant üstünlük verərək ağalarının sifarişini icra etməklə, xaos, sabitliyi pozmaq cəhdi yolunu seçdi. Düzdür, 19 oktyabrda bu dağıdıcı qüvvə aksiyanı şəhərin mərkəzində keçirməyə cəhd etsə də, əhali ona dəstək vermədi. Bu, bir daha həmin dağıdıcı qüvvələrin iflası deməkdir.

İcazəsiz aksiyanın polisin paytaxtın mərkəzində keçirilməsinə imkan verməməsinə gəldikdə isə deyə bilərəm ki, polis qanunla üzərinə düşən vəzifəni icra edərək, paytaxt sakinlərinin ictimai asayişini təmin etdi. İctimai asayişi pozmağa cəhd edənləri və polisin tələbinə əməl etməyən, müqavimət göstərənlərə qarşı qanun çərçivəsində tədbir gördü. Onlar saxlanılaraq hadisə yerindən uzaqılaşdırıldılar”-deputat qeyd edib.
O, bildirib ki, aksiya təşkilatçılarının guya mitinqin ölkədə sosial şəraitin yaxşılaşdırılması, "Azad seçki" və ya "Qarabağa azadlıq" şüarları altında keçirilmə cəhdi də başdan-ayağa riyakarlıqdan başqa bir şey deyil: “Cənab İlham Əliyev 2003-cü ildən bəri Azərbaycana rəhbərlik etdiyi dövrdə fəaliyyətinin ana xətti ölkə vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi və sosil rifah halının yaxşılaşdırılması olub. 2018-ci ildə keçirilən prezident seçkilərində isə İlham Əliyevin seçkiöncəsi proqramında tamamilə sosial sahənin yaxşılaşdırılması və yaxın gələcəkdə Azərbaycanın sosial bir dövlətə çevrilməsi öz əksini tapıb. Seçkilərdən dərhal sonra ölkə başçısının ilk Sərəncamları da məhz sosial sahə ilə bağlı olub. Ötən il yarımda Azərbaycan Prezidenti tərəfindən ölkədə sosial sahədə genişmiqyaslı, inqilabi islahatlar həyata keçirilməkdədir. Bu müddət ərzində pensiyalar, minimum əməkhaqqı, bütün növ sosial müavinətlər əhəmiyyətli dərəcədə qalxıb. Həttə pensiyalar iki dəfəyədək artıb və biz qarşıdakı müddətdə pensiyaların, minimum əməkhaqqılarının, sosial müavinətlərin qalxacağının şahidi olacağıq. Yaxın zamanlarda 2020-ci ilin dövlət büdcəsi müzakirə olunacaq və bütün bu məsələlər orada əksini tapıb. Odur ki, AXCP və Milli Şuranın bu tələbləri yerində olmayan, sadəcə ucuz divident qazanmağa xidmət edir.

Onların “Qarabağa azadlıq” şüarı da siyasi riyakarlıqdan başqa bir şey deyil. Ali Baş Komandan əsas fəaliyyətini bu istiqamətdə qurub. Ötən müddət ərzində Azərbaycan ordusu inkişaf edib və artıq ordumuz dünyanın ən qüdrətli orduları sırasındandır. Ordumuz işğal altına olan torpaqlarımızı müharibə yolu ilə qısa zaman ərzində azad etməyə hazırdır. Sadəcə, bunun üçün münbit bir zaman gözləyirik. Həmin situasiya yetişən kimi ordumuz öz sözünü deyəcək və torpaqlarımızı işğaldan azad edəcək.

2003-cü ildən keçən müddətdə Azərbaycanın inkişafını görməmək, əldə etdiyi uğurları qulaqardına vurmaq ən azı əclaflıq, insanlıqdan uzaq bir düşüncədir. Əgər hansısa siyasi lider bunu görmürsə, demək, həmin şəxsin ya gözü kordur, ya da psixikasında ciddi problemlər var. Ya da gözgötürməzlikdən, bilərkdən Azərbaycanın düşmənlərinin, sevməyən qüvvələrin dəyirmanın su tökməkdir. Başda Əli Kərimli olmaqla, onun kiçik ətrafı Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqla düşmənlərimizin dəyirmanına su tökür. Ancaq o, yanılır. Çünki Azərbaycan xalqı onu dəstəkləmir. Xalq Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib və onun həyata keçirdiyi islahatları dəstəkləyir. Bir Azərbaycan vətəndaşı olaraq AXCP və Milli Şuranın ölkədə sabitliyi pozmağa yönəlik fəaliyyətini pisləyirəm və onlara nə qədər gec deyil tutduqları bu səhv yoldan çəkinməyə çağırıram. Vətəndaşlarımızı isə Azərbaycanı Suriya, İraq, Liviyanın gününə salmaq istəyən qüvvələrə yox deməyə səsləyirəm”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 076
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 436
  • 18
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter