• 14:04 – Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər 
  • 12:57 – Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  • 16:14 – İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır” 
  • 16:11 – Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var” 

"Bəzi hallarda dövlət məmurları haqsız rəqabət aparırlar" — İlham Əliyev

  • 23.10.2019, 09:45,
  • Siyasət
  • Baxılıb: 63
"Bəzi hallarda dövlət məmurları haqsız rəqabət aparırlar" — İlham Əliyev

Cənubi Qafqazda bizdən başqa digər ölkələrdə demoqrafik artım yoxdur. Ona görə o ölkələrdə bizim üzləşdiyimiz problemlər də mövcud deyil. Mən dəfələrlə demişəm ki, bizim iqtisadi artımımız demoqrafik artımı üstələməlidir.
Bu fikirləri Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən dilə gətirib.

Dövlət başçısı vurğulayıb ki, buna nail olmaq üçün yeni artım mənbələri aşkar edilməlidir:

“Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar.
Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur.

İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar.

Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 081
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 452
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter