• 12:07 – İlham Əliyev Pakistan Prezidentini və Baş nazirini təbrik edib - Yenilənib 
  • 14:03 – Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib 
  • 14:48 – İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO 
  • 13:25 – Prezident: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir” 

Rusiya Ermənistana etiraz notası verəcək

  • 24.10.2019, 11:18,
  • Dünya
  • Baxılıb: 83
Rusiya Ermənistana etiraz notası verəcək

Rusiya, ORSIS şirkətinin iştirak etdiyi silah tədarükü tenderinin pozulması ilə bağlı Ermənistana etiraz notası göndərəcək.

Turkustan.info RİA Novosti-yə istinadən xəbər verir ki, şirkət cari ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin ilk dəfə bir neçə milyon dollar həcmində hərbi texnika tədarükünə dair elan etdiyi tenderdə müvafiq tələblərə uyğun gəldikləri üçün iştirak etsələr də, bilmədikləri səbəblərdən tenderə xitam verilib və Ermənistanda silah tədarükü tenderinin pozulması ilə bağlı cinayət işi başlanıb.

Qeyd olunub ki, nota artıq Xarici İşlər Nazirliyinə daxil olub və yaxın zamanda diplomatik kanallar vasitəsi ilə Ermənistan tərəfinə veriləcək.

Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Oleq Ryazançev tərəfindən Ermənistanın Müdafiə naziri David Tonoyana göndərilən notada deyilir ki, ORSIS-in bu tenderdə iştirak ərizəsi heç bir səbəb olmadan rədd edilib və şirkətin özü də Ermənistan Silahlı Qüvvələrinin “etibarsız təchizatçılar siyahısı”na daxil edilib.

Sənəddən də görünür ki, Ermənistan Müdafiə Nazirliyi tenderdə iştirak üçün bank zəmanətinin ödənilməsi tələbi ilə banka qanunsuz müraciət edib, lakin qanunla şirkət tenderdə qalib gələrsə və ya müqaviləni imzalamaqdan imtina edərsə belə kompensasiya ödəməli idi.

“Sizdən xahiş edirəm ki, mövcud vəziyyəti nəzərdən keçirəsiniz və bunun həllinə yönəlmiş tədbirlərin görülməsi barədə göstəriş verəsiniz”, sənəddə deyilir. /Cebhe.info/
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 012
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 319
  • 16
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter