• 12:07 – İlham Əliyev Pakistan Prezidentini və Baş nazirini təbrik edib - Yenilənib 
  • 14:03 – Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib 
  • 14:48 – İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO 
  • 13:25 – Prezident: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir” 

Azərbaycanın doğum evlərində körpələrə qoyulan qan qrupları səhv çıxır – ŞOK FAKTLAR (Araşdırma)

  • 28.04.2019, 19:40,
  • Gündəm
  • Baxılıb: 111
Hər bir uşaq doğulanda ilk saatlarda ondan müəyyən analizlər götürülür və ilk növbədə qan qrupu təyin edilir. Bu qan qrupu doğum evində açılan tibbi kitabçaya qeyd olunur. Valideynlər də övladlarının hansı qan qrupunda olduğunu bilir. Xatırladaq ki, uşağın qan qrupu ata-anadan fərqli ola bilər. Qan qrupunun dəqiq bilinməsi həmin insanın gələcəkdə ağır qəza, əməliyyat zamanı qan itkisi baş verərsə, təcili uyğun qan tapılması üçün vacibdir.

Amma təsəvvür edin ki, siz I+ və ya II – rezus faktoru ilə doğulduğunuzu bilirsiz, günlərin bir günü sənəd alınması üçün ASAN Xidmətdə qan analizi veriləndə məlum olur ki, qan qrupunuz III qrupdur.

Medicina.az-a övladının qan qrupunun ASAN Xidmətdə analizdə ayrı qrup olduğunu öyrənən pasiyentin başına gələnləri təqdim edir. Elmira Piriyeva 2018-ci ildə paytaxtdakı məşhur özəl klinikalardan birində (Klinikanın adı redaksiyamıza bəlli olsa da, adının yazılmasını məqsədəuyğun hesab etmirik – red.) ana olub. Onun qızına həmin klinikada II+ qrup qan qeyd olunub. Bu ilin aprel ayında ASAN Xidmətə körpəyə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə elə oradaca Sağlam Ailə laboratoriyasının filialında alınmış qan analizində uşağa III+ qan qrupu yazılıb. Bu nəticəni gözləməyən ana nə edəcəyini bilməyib.

Həmin laboratoriyada ona deyiblər ki, Asan Xidmətdəki cavab daha dəqiqdir, çünki burada səhv edilməsi mümkünsüzdür:

"Mən bu məsələ ilə bağlı uşağın dünyaya gəldiyi klinikanın laboratoriya şöbəsinin rəhbərinə zəng etdim, dedilər belə bir şey ola bilməz. Gəlin, pulsuz bir daha analiz edək. Səhv çıxsa, o zaman bu məsələni araşdıracağıq. Daha sonra poliklinikada sahə həkiminə də bu barədə dedim. O dedi ki, belə hallarla çox rastlaşmışıq. Gedin yenidən istədiyiniz laboratoriyada analiz verin, arayışla gəlin, yeni tibbi kart açaq. Məcburam ki, uşağım dünyaya gələn klinikada təkrar analiz verim. Əgər ASAN-da verilən cavabla eyni olsa, o sənədi götürüb poliklinikaya təqdim edəcəm".

Elmira Piriyeva bu hadisə barədə yaxınlarına, iş yoldaşlarına danışdıqda, onlar da övladlarının yenidən qan qrupunun təyin olunması üçün analiz vermək fikrinə düşüblər:

"Təsəvvür edin, uşağın qan qrupunu ana səhv bilir. Sabah bir hadisə baş versə, qan lazım olsa, həkim soruşsa səhv məlumat deyəcəkdim. Bu cür həyati vacib analizdə belə bir səhvin olacağı ağlımdan keçmirdi. Amma həm poliklinika, həm ASAN-da laboratoriyada belə halların olduğunu təsdiqlədikdə, anladım ki, Azərbaycanda bu halla rastlaşan ilk və sonuncu ana mən deyiləm. İndi digər övladımın da qanını yenidən yoxlatdırmalıyam. Sağlam Ailəyə inanıram, şəxsiyyət vəsiqəsi kimi sənəddə səhv qrup yazıla bilməz. Fikirləşirəm, yəqin, doğum evində tələsik iş görüblər, ya başqa uşağın qanı ilə qarışdırıblar, ya avadanlıqları zəifdir".

Məsələ ilə bağlı ASAN xidmətdə laboratoriya xidməti göstərən "Sağlam Ailə"dən bildirdilər ki, onlarda bütün cihazlar ən son modeldir, dəqiqdir və burda səhvlikdən söhbət gedə bilməz. Amma klinikada hansı uşağın öncəki analizdə səhv qan qrupu olduğu statistikası aparılmır, onlar bu barədə məlumat toplamır və klinika yalnız öz analiz nəticələrinə cavabdehdir.

Medicina.az-ın əməkdaşı yenidoğulmuşlarda rezus faktorun yanlış analiz olunub-olunmaması barədə respublikanın baş pediatrı Nəsib Quliyevin fikirlərini öyrənib. Baş pediatr az da olsa belə səhvlərin ola biləcəyini istisna etməyib:

" Doğum evlərində qan qarışmır, heç kim başqasının qanını digərinə qatmır. Burda gecə doğum oldu, tələsik oldu kimi faktlar rol oynamır. Sadəcə körpə doğulanda ilk saatlarda göbək ciyəsi ilə ananın qanının antitelləri uşağın qanına qarışa bilir və fərq də burdan yaranır. Əgər ilk 2 saatda qan nümunəsi göbək qanından götürülübsə, burda səhv riski də çox olur. Lakin doğum evlərində qan qrupunun təyinin öz mərhələli qaydaları var. Uşaq doğum evində 2-3 gün qalır. Körpədən sonrakı günlər də qan alınmalıdır, o zaman cavab dəqiq olacaq. O xanım övladı ilə bağlı uyğunsuzluq aşkarlayıbsa, bunu yalnız uşağın doğulduğu klinika ilə araşdırmalıdır. Çünki bir hadisənin fərqli səbəbləri ola bilər. Mən bilmirəm o klinikada hansı şəraitdə, necə analiz ediblər. İlk növbədə aydınlaşdırsınlar ki, qan hansı saatda, göbək ciyəsindən, ya manual götürülüb?"

"Əgər qan qrupu səhv müəyyən olunan uşaq əməliyyata alınarsa və qan lazım olarsa, pediatriya institutunda cərrahlar bunu necə təyin edir" sualına baş həkim bildirdi ki, uşaq reanimasion şöbəyə və ya cərrahi əməliyyata alınanda ananın sözü və ya pasporta baxılmır:

"Mütləq uşaqdan yerindəcə qan götürülür, özümüz yoxlayıb, qrupunu dəqiq biləndən sonra qan köçürülür. Buna nəinki dövlət, özəl xəstəxanalar da əməl edir və etməlidir. Ona görə bizim təcrübədə yanlış qan qrupundan, qan köçürülərkən itirdiyimiz xəstə olmayıb".

Qeyd edək ki, mövzu ilə bağlı bir çox qruplarda apardığımız sorğularda bir neçə valideyn məhz uşağa şəxsiyyət vəsiqəsi alanda qan qrupunun fərqli olduğunu aşkarladıqlarını bildirdi. Adı çəkilən klinikalar içərisində bir iki dövlət doğum evi ilə yanaşı, Leyla Şıxlınskaya klinikasının da adı yer alır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 012
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 319
  • 16
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter