• 14:04 – Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər 
  • 12:57 – Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  • 16:14 – İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır” 
  • 16:11 – Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var” 

Səidə Sultan əsəbləşdi: "Siz kimsiniz?"

  • 29.04.2019, 13:36,
  • Şou
  • Baxılıb: 204
Səidə Sultan əsəbləşdi: "Siz kimsiniz?"



Biz o qədər harınlamışıq ki, bir insan həyatına dırnaq arası baxıb, asanlıqla yıxıb, ictimai qınağa, özünə qəsd etmək dərəcələrinə çatdırırıq. Niyə? Çünki biz qanunlarımızı bilmirik! Heç kəsin ixtiyarı deyil kiməsə bildi, ya bilmədi çıxsın, ağzına gələni desin! Bəlkə elə mənim qohumum, ya hər hansı kimsə məndən yanıqlıdır, mən neyləyim?

BEŞ.AZ publika.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan İnstaqram-da yazıb. Sənətçi məşhurların efirlərdə biabır edilməsi məsələsinə toxunub:

"Bu, o deməkdir ki, həmin gözügötürməyənləri, paxıllığını çəkənləri, sənin pisliyini istəyənləri, işgüzar nüfuzuna xələr gətirənləri asanlıqla efirə buraxmalıyıq? Buna görə qanunla həmin pisliyi edən şəxslər də, efirdə şərait yaradanlar da məsuliyyət daşıyır. Tək müğənnilərdən söhbət getmir. Bəzi "qurddanquşluq" eləyənlərə bu sərf etmir! Axı, siz insanın ayıbını açmaq üçün ölürsünüz!

Allah ayıbları örtəndi! Siz kimsiniz? Bilin ki, etdiyiniz pisliklər gec-tez sizə qayıdacaq. Allah da sizin ayıbınızı çox pis açacaq! Heç kəs özünü mələk hiss etməsin! Çünki heç kəs süddən çıxmış ağ qaşıq deyil. Əziz azərbaycanlılar, biz öz hüquqlarımızı bilsək, bizə heç kəs bata bilməz!".

Xatırladaq ki, keçən həftə müğənni Aysel Əlizadə və Sevda Yəhyayeva barədə Xoşqədəm Hidayətqızının proqramında sərt ittihamlar səslənmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 080
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 451
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter