Şövkət Ələkbərova anıldı - Fotolar

  • 20-10-2017, 13:14 
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və təbliği işində dəyərli töhfələr vermiş mahir muğam və mahnı ifaçısı Şövkət Ələkbərovanın 95 illik yubileyi ilə əlaqədar Fəxri Xiyabana ziyarət təşkil olunub.

"xeberdar.az" xəbər verir ki, anım mərasimində Baş İdarənin rəisi Vuqar Zeynalov, Şövkət Ələkbərovanın ailə üzvləri, Bakı şəhər musiqi və incəsənət məktəblərinin direktorları və media nümayəndələri sənətkarın abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Baş İdarənin rəisi V.Zeynalov və T.Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru, Ş.Ələkbərovanın gəlini Gülnarə Səfərova xalq artistinin milli musiqi tariximizdə qoyduğu izdən və zəngin yaradıcılığından danışıblar.

Görkəmli müğənninin adını daşıyan 20 nömrəli musiqi məktəbinin direktoru Sevda Məmmədova korifey sənətkarın gözəl pedaqoq olduğunu vurğulayaraq, bu gündə onun qoyub getdiyi ənənələrin davam etdirildiyini qeyd edib.



Şövkət Ələkbərova anıldı - Fotolar
Şövkət Ələkbərova anıldı - Fotolar
Şövkət Ələkbərova anıldı - Fotolar
Oxunub 1820
  • 20-10-2017, 13:14
Fikirlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac