Astaralı idmançılar Avropa çempionatında

  • 10-11-2017, 15:42 
26-29 oktyabr 2017-ci il tarixlərdə Bakı şəhəri, Sərhədçi Olimpiya idman mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi , Sindo Ryu və Pençak Silat Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında Pençak silat idman növünün inkişaf etidirilməsi, idmançılar və hakimlərin ustalıqlarınnın təkmilləşdirilməsi, xarici idmançılarla yerli idmançıların dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə Pençak Silat üzrə Avropa çempionatı keçirilmişdir.

Çempionatda Astaralı idmançılar da iştirak etmişdir.

Belə ki, İdmançılarımızdan 45 kq çəki dərəcəsində Rüstəm Novruzov, 60 kq çəki dərəcəsində Nihad Nəzərzadə II yerlərə, 46 kq çəki dərəcəsində Ülvi Quliyev, 80 kq çəki dərəcəsində Ağadədə Əliyev isə III yerlərə layiq görülmüşlər.

Qeyd edək ki, Astara şəhər 5 saylı tam orta məkətbin 8-ci sinif şagirdi Ülvi Quliyev yarışa ilk dəfə qatılmasına baxmayaraq III yerə layiq görülmüş və bürünc medalın sahibi olmuşdur.

İdmançıları yarışa V dan qara kəmər ustası, məşqçi-müəllim Nəzərəli Əliyev hazırlamışdır.

İdmançılarımızı təbrik edir, onlara uğurlar arzulayırıq.



Astaralı idmançılar Avropa çempionatında
Oxunub 1500
  • 10-11-2017, 15:42
Fikirlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac