• 17:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 
  • 11:58 – Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB 
  • 14:04 – Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər 
  • 13:01 – Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB 

Yol polisi sürücüdən rüşvət istəyir - Video

Yol polisi sürücüdən rüşvət istəyir - Video


Sosial şəbəkələrdə yol polisinin yük maşını sürücülərindən rüşvət istəməsi ilə bağlı video yayılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, videoda YPX əməkdaşı bir neçə dəfə “maşını 10 manatdır” deyərək, sürücüdən 30 manat istəyir. Sürücü ona 15 manat təklif etsə də, yol polisi əməkdaşı bununla razılaşmayıb.

Polis bildirib ki, pulu verməyəcəyi təqdirdə yük maşını tərəziyə çıxanda əlavə yük boşaldılacaq.

Videonun Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehdiyev olduğu qeyd edilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə ilə bağlı xidməti yoxlamalara başlanılıb: “Yoxlamaların nəticəsinə uyğun olaraq qərar veriləcək”.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Rüfət Quliyev də qeyd edib ki, müvafiq qurum tərəfindən videogörüntüyə baxış keçirilib: “Hazırda araşdırma aparılır, yekunda məsələyə hüquqi qiymət veriləcək”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 082
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 454
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter