Xalq artisti Aygün Kazımova üçün özəl gün

  • 26-01-2018, 17:16 
Bu gün xalq artisti Aygün Kazımovanın ad günüdür.

Müğənninin 47 yaşı tamam olur.

A.Kazımova 1971-ci ildə Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı" yarışmasında birinci yeri qazanıb. Buna qədər isə o, "Ozan" və "Aypara" qruplarında çıxış edib. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı", 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmaların iştirakçısı olub. Bir sıra xarici ölkələrdə konsertlər verib. 2016-cı ildə Almaniyanın Hamburq şəhərində keçirilen "DAF BAMA Music Awards"ın mükafatçılarından olub.

2017-ci ildə "Crystal hall"da yaradıcılığının 30 illiyinə həsr edilən solo konsert verib. Dünyanın məşhur musiqiçi, prodüser və rəqs qrupu ilə çalışan Kazımovanın sözügedən konserti günlərlə dillərdən düşməyib.



Xalq artisti Aygün Kazımova üçün özəl gün
Oxunub 920
  • 26-01-2018, 17:16
Fikirlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac