Astarada “Vətən sərhəddən başlayır” devizi ilə Gənclər günü əsgərlərlə birlikdə qeyd edildi

  • 2-02-2018, 16:16 
Astarada “Vətən sərhəddən başlayır” devizi ilə Gənclər günü əsgərlərlə birlikdə qeyd edildi

02 fevral 2018-ci il tarixdə Astara rayon Gənclər və İdman İdarəsi, Rayon Mədəniyyət Mərkəzi və Astara şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə bir qrup fəal gəncin iştirakı ilə əsgər və zabitlər üçün 2 fevral Azərbaycan Gənclər Günü münasibəti ilə “Vətən sərhəddən başlayır” devizi ilə bayram şənliyi təşkil olunmuşdur

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Gənclər günü münasibətilə hərbiçiləri təbrik etmiş, onlara xidmətlərini uğurla başa vurmağı arzulamışdır . Ərçə Əliyev çıxışında 1990-1993-cü illərdə Azərbaycan gənclərinin vəziyyətindən, ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gənclərə göstərilən diqqət və qayğıdan bəhs etmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması, ilk Gənclər forumu və Gənclər gününün təsis edilməsi haqqında məlumat vermiş, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bugün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. O həmçinin Astara rayonunda Gənclər siyasətini həyata keçirən Astara rayon Gənclər və İdman İdarəsinin gördüyü işlər haqqında məlumat vermişdir.

Ə. Əliyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmişdir.

Daha sonra çıxış edənlər Astara şəhər Bələdiyyəsinin sədri Aygül Məmmədova, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Hərbi hissənin komandiri Rəşad Kərimov hərbiçiləri Azərbaycan gəncləri günü münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.

2 fevral Azərbaycan gəncləri günü münasibəti ilə tədbirdə dövlət sərhədlərinin etibarlı mühafizəsində, ictimai hazırlıqda müsbət nəticələr əldə etdiyinə görə bir qrup sərhədçilər Gənclər və İdman İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif olunmuşdurlar.

Tədbirdə həmçinin 01-05 aprel döyüşlərinin iştirakçısı Orxan Əliyev də iştirak etmiş və döyüşlərdə göstərdiyi şücaətə, rayon gəncləri arasında vətənpərvərlik tərbiyəsinin artırılmasında fəaliyyətinə görə təltif olunmuşdur.

Rayon Mədəniyyət Mərkəzinin nəzdində Cəlal Mədətzadənin rəhbərliyi ilə fəaliyyət göstərən “Sevinc” çalğı alətləri və rəqs ansamblının konsert proqramı nümayiş olunmuşdur.

Əsgərlər arasında müxtəlif viktorinalar keçirilmiş, rəqslər təşkil edilmişdir. Sonda xatirə şəkli çəkilmişdir.



Astarada “Vətən sərhəddən başlayır” devizi ilə Gənclər günü əsgərlərlə birlikdə qeyd edildi
Oxunub 1220
  • 2-02-2018, 16:16
Fikirlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac