Bu məşhur telakanalda kütləvi istefalar

  • 10-02-2018, 21:44 
"Lider" TV-də əmək haqlarının gecikməsinə görə növbəti dəfə kütləvi istefalara start verilib.

"Lider TV"-nin əməkdaşları 2017-ci ilin iyul ayından bu yana maaşlarını ala bilmirlər.

"Bu ilin yanvar ayında prezident tərəfindən telekanallara 3 milyon manat vəsait ayrılmasından sonra "Lider TV"-nin rəhbərliyi işçilərin maaşlarının tezliklə veriləcəyinə vəd verilsə də, ancaq maaşlar hələ də verilmir. Hətta, hər telekanala olduğu kimi, "Lider TV"-yə də nəzərdə tutulan 600 min manat vəsait köçürülüb. Digər telekanallar pul köçülən kimi işçilərinin gecikən vəsaitlərini ödəyiblər. Ancaq "Lider TV"-də maaşlar hələ də ödənilmir. Telekanalın 1000-dən çox işçisi var idi. Hazırda 200 nəfərə yaxın əməkdaş qalıb. Maaşların gecikməsinə görə hamı istefa verib gedir", - deyə telekanal əməkdaşları bildirib.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3 milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına ("Lider TV", "Xəzər TV", "ATV", "ARB TV", "Space TV") 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.



Bu məşhur telakanalda kütləvi istefalar
Oxunub 140
  • 10-02-2018, 21:44
Fikirlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac