• 09:00 – İlham Əliyev Azərbaycan xalqını təbrik etdi 
  • 14:48 – İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO 
  • 13:25 – Prezident: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir” 
  • 12:27 – Prezident: Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq 

Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edən üç nəfərin kimliyi bilindi

Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edən üç nəfərin kimliyi bilindi


Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən üç nəfərin adı məlum olub.
Trend məlumatına görə, həmin şəxslər - 1997-ci il təvəllüdlü Abdul Etibar oğlu Atiba, Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Elman Həbib oğlu Mamiyev və Çin vətəndaşı, 1996-cı il təvəllüdlü Zhenghai Liu Youshadır.
Azərbaycan vətəndaşı Abdul Atiba Çində ali təhsil alır, yanvar ayında sessiya tətili ilə əlaqədar Bakıya gəlib. E.Mamiyev isə Rusiyanın Krasnoyarsk vilayətində yaşayır və Azərbaycana qonaq gəlib.

Çin vətəndaşı Zhenghai Liu Yousha isə Bakı Dövlət Universitetinin tarix fakültəsində amerikasünaslıq ixtisası üzrə üçüncü kurs tələbəsidir.

Müraciət edənlərdən analizlər götürülsə də, onlardan heç birində koronavirus əlamətləri aşkar edilməyib. A.Atiba və E.Mamiyev müayinə olunduqdan sonra evə buraxılsa da, Zhenghai Liu Yousha yanvarın 27-də xəstəxanaya qəbul edilib və hazırda karantində saxlanılır.

Zhenghai Liu Youshanın atası Çində həmin virusdan vəfat edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Paşinyan Putini təbrik etdi

  • Bu gün, 13:09
  • 3
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 003
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 298
  • 13
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter