• 14:04 – Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər 
  • 12:57 – Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  • 16:14 – İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır” 
  • 16:11 – Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var” 

Oqtay Gülalıyevdən son xəbər

  • 04.02.2020, 12:00,
  • Hadisə
  • Baxılıb: 33
Oqtay Gülalıyevdən son xəbər


Oqtay Gülalıyevin son dördüncü əməliyyatdan sonra durumu nisbətən yaxşıdır. Hər iki gözünü açır. Ancaq təəssüf ki, reaksiyaları tam deyil.

Bu sözləri Axar.az-a ötən il avtomobil qəzası keçirərək komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəvi dostu jurnalist-yazar Zümrüd Yağmur deyib.

O bildirib ki, həkimlər Oqtay bəyin durumu ilə bağlı hələ də konkret olaraq bir söz demir:

“Sonuncu dəfə Oqtay bəyin həyat yoldaşı Firuzə xanımla danışmışam. Firuzə xanım bildirdi ki, gözlərində hələ heç bir reaksiya yoxdur. Gözlərini açsa da, ancaq bir istiqamətə baxır. Qarşısında, yanında gəzən adamı gözləri ilə izləmir. Onu çağıranda hələ reaksiya vermir. Ancaq yanına kimsə gələndə onu hiss edir. Yəni üzündən, cizgilərindən hiss olunur ki, sevinir kimisə görəndə”.

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il 29 oktyabr tarixində piyada keçidindən yolu keçərkən taksi xidməti göstərən avtomobil tərəfindən vurulub. Hazırda İstanbulun “Amerikan” xəstəxanasında müalicə alır.

Onun müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 080
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 451
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter