• 12:07 – İlham Əliyev Pakistan Prezidentini və Baş nazirini təbrik edib - Yenilənib 
  • 14:03 – Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib 
  • 14:48 – İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO 
  • 13:25 – Prezident: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir” 

“Rayondakılar adam deyil, yoxsa sahibkar deyil?!” – Deputatdan banklara ETİRAZ

  • 04.02.2020, 12:05,
  • Sosial
  • Baxılıb: 29
“Rayondakılar adam deyil, yoxsa sahibkar deyil?!” – Deputatdan banklara ETİRAZ


Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən, bank sektorunu sərt tənqid edib. Ölkə başçısı bu sektorda istehlak kreditlərinin üstün olduğunu, real sektora diqqət ayrılmadığına diqqət çəkərək, banklara xəbərdarlıq edib və güzəşt olmayacağını bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a bildirib ki, ölkə başçısı daim öz çıxışlarında bank sektorunun sağlamlaşdırılması məsələsini diqqətdə saxlayıb:

“Hələ 2016-cı ildəki çıxışında bildirmişdi ki, “Azərbaycan iqtisadiyyatına ən çox zərər vuran banklardır”. Ölkə rəhbəri hər dəfə hökumətin hesabatı keçiriləndə bank sistemində olan neqativlərə toxunur.

Həqiqətən də bank sisteminin sağlamlaşdırılması ilə əlaqədar əlavə tədbirlər görülüb, dollarla olan kreditlər üçün 620 milyon manat vəsait cəlb olunub, Mərkəzi Bnak uçot dərəcəsini 7 faizə salıb, amma kommersiya banklarında faiz dərəcələri aşağı salınmır. Çünki banklar yalnız öz mənfəətlərini güdürlər, nəninki vətəndaşların mənafeyini”.

Deputat deyib ki, Azərbaycanda yeni dövr başlanıb və hər kəs bunu nəzərə almalıdır:

“İqtisadiyyata təkan vermək, onu inkişaf etdirmək, yeni iş yerləri açmaq lazımdır. Bütün bunlar banklar vasitəsilə həyata keçirilməlidir. Banklar isə asan pul qazanmaq üçün istehlak kredilərinə üstünlük verirlər, real sektora vəsait qoymaq istəmirlər. Bank sistemi istər əhali, istər sahibkarlarla elə işləməlidir ki, insanların problemi olmasın”.

Rayon yerlərində olan girovların banklar tərəfindən qəbul edilməməsinə gəlincə, iqtisadçı bunun yolverilməz olduğunu qeyd edib:

“Banklar yalnız Bakıda olan əmlakın girov qoyulmasını istəyirlər. Niyə?! Rayondakılar adam deyil, yoxsa sahibkar deyil?! İnsanalrı bu dərəcədə narazı salmaq olmaz.

Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində olan məsələlər Mərkəzi Banka qaytarıldı. Ümid edirik ki, bu sahədə problemlər həll olunacaq. Məsələ çox ciddidir və həll edilməlidir. Biznes kreidtlərinin artırılması üçün mütləq faiz dərəcələri aşağı salınmalıdır. Bankların hamısı istehlak kreditlərinə meylləniblər, kreditini verir, faizini alıb xərcləyir. Banklar yalnız istehlak kreditlərilə işləyəcək və real sektora vəsait qoymayacaqsa, iqtisadiyyat necə inkişaf edə bilər?!”
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 011
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 319
  • 16
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter