• 16:14 – İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır” 
  • 13:10 – İlham Əliyev Rusiyada səfərdədir 
  • 16:00 – Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur... 
  • 09:18 – Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır 

Şərti azadlığa çıxdı, keçmiş məhkumu ürəyindən bıçaqladı — AĞDAMDA QANLI HADİSƏ

  • 11.02.2020, 09:52,
  • Hadisə
  • Baxılıb: 45
Şərti azadlığa çıxdı, keçmiş məhkumu ürəyindən bıçaqladı — AĞDAMDA QANLI HADİSƏ


Ağdam rayonunda mübahisə zəmnində həmyerlisini bıçaqlamaqda təqsirli bilinən Alim Abışovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası fevralın 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində "Azercell Telecom" MMC-nin mağazasında qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş və hazırda məhkumluğu ödənilməyən, 1988-ci il təvəllüdlü Abışov Alim Səfi oğlu Ağdam rayonunda yaşayan, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, 1981-ci il təvəllüdlü Mustafayev Fariz Ayaz oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində A.Abışov F.Mustafayevi ürəyindən bıçaqlayıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Qanlı hadisəni törətməkdə şübhəli bilinən Alim Abışov polis əməkdaşları tərəfindən saxlanılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 10:31
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 080
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 449
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter