• 14:58 – İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib 
  • 11:28 – Prezident Şirvan suvarma kanalının təməlini qoyub 
  • 13:25 – Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq 
  • 14:14 – İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB 

Virus “ikinci çörək” bazarını da “vurur” – Bahalaşma olacaq?

Virus “ikinci çörək” bazarını da “vurur” – Bahalaşma olacaq?


Nicat Nəsirli: “İrandan kartof idxalının dayandırılması kartofun qiymətinin bahalaşması üçün müəyyən şübhələr yaradır”

Azərbaycanın əsas kartof tədarükçüləri İran, Rusiya, Ukrayna və Belarusiyadır.

Qeyd edək ki, Pakistan da İran vasitəsilə Azərbaycana kartof idxal edən ölkələr arasındadır. İranda yeni növ koronavirusun yayılmasından sonra qonşu ölkə ilə sərhədlərini bağlayan və ticarəti dayandıran Pakistan Azərbaycana kartof ixracını davam etdirmək üçün yeni üsula əl atıb. Daha əvvəl İran vasitəsi ilə Azərbaycana kartof ixrac edən Pakistan artıq dəniz yolu ilə təchizata başlayıb.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Cebhe.info-ya verdiyi məlumatda bildirib ki, ölkənin il üzrə kartofa tələbatı 887 min tondur. Bizdə istehsal təxminən 1 milyon həcmindədir. Yerli istehsal ölkəni tam təmin etməyə imkan verir. Payız-qış mövsümündə təxminən 160 min tona yaxın xaricdən kartof idxal edilir. İran Azərbaycanın kartof bazarını formalaşdıran ən böyük ölkədir. İl ərzində bu ölkədən təxminən 50 min ton kartof alırıq.

Maraqlıdır, yerli istehsal tələbatı ödəməyə imkan verirsə, nə üçün xaricdən kartof idxal olunur?

Ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var:

“İdxal olunan kartoflar sırf qida üçün gətirilmir. Belə ki, bu kartofların bir hissəsi əkin məqsədi ilə gətirilən toxumluq kartoflardır. Digər tərəfdən ölkədə ixtisaslaşmış soyuducu anbarlarda kartofların hamısını saxlamaq mümkün olmadığı üçün ölkəni yerli məhsulla tam təmin etmək olmur. Ona görə də oktyabr ayından aprel ayına kimi qeyd olunan ölkələrdən təxminən 160 min ton həcmində kartof idxal etmək məcburiyyətində qalırıq”.

İrandan kartof idxalının dayandırılması bahalaşmaya səbəb ola bilərmi?

Ekspert qeyd edir ki, İranla sərhədlər qısa müddətliyinə bağlanıldığı üçün qiymət artımına iqtisadi zəmin yoxdur:

“Kartof elə bir məhsuldur ki, il ərzində ona təlabat çox olur. Koronavirusa görə sərhədlərin bağlanması və İrandan kartof idxalının dayandırılması kartofun qiymətinin bahalaşması üçün müəyyən şübhələr yaradır. İranla sərhəd iki həftəlik bağlanılıb, sırf iki həftə ərzində kartofun bahalaşması üçün iqtisadi zəmin yoxdur, bahalaşma olacaqsa, bu artıq süni qiymət artımı kimi qiymətləndirilməlidir”.

Eyni zamanda ekspert bildirib ki, Pakistandan kartof idxal olunmazsa, vəziyyətdə ciddi dəyişikliklər baş verməyəcək:

“Pakistandan il ərzində çox az kartof idxal olunur. Ordan idxal olunan kartof əsasən toxuculuq məqsədi ilə istifadə olunur. Pakistanla məsafə uzaq olduğu üçün ordan gətirilən kartofun maya dəyərinə təsir edir. Əgər Pakistandan kartof idxal olunmasa, vəziyyətə ciddi təsir göstərməyəcək”. /Cebhe.info/
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 070
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 425
  • 18
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter