• 16:00 – Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur... 
  • 14:58 – İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib 
  • 14:23 – İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” 
  • 11:28 – Prezident Şirvan suvarma kanalının təməlini qoyub 

Məktəblilərin tətil müddəti uzadılır? – Rəsmi cavab

  • 05.03.2020, 10:57,
  • Təhsil
  • Baxılıb: 84
Məktəblilərin tətil müddəti uzadılır? – Rəsmi cavab


Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatına əsasən, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılmışdır. Hazırki vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur.

Bu barədə Axar.az-ın soruğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur.

Məlumatda qeyd edilib ki, həmin müddətdə (3-9 mart 2020-ci il tarixlərində) pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur. Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər.

Məlumat Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) həm də bütün təhsil müəssisələrinə aiddir.

Həmçinin bildirilb ki, Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanmışdır. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin sosial media vasitəsilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılıb. /Axar.az/
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 073
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 433
  • 18
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter