• 16:00 – Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur... 
  • 14:58 – İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib 
  • 14:23 – İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” 
  • 11:28 – Prezident Şirvan suvarma kanalının təməlini qoyub 

Bakı-Sumqayıt yolunda avtomobil betona çırpılıb, xəsarət alanlar var — FOTO

  • 21.04.2020, 09:00,
  • Hadisə
  • Baxılıb: 46
Bakı-Sumqayıt yolunda avtomobil betona çırpılıb, xəsarət alanlar var — FOTO


Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA bildirir ki, Bakının Binəqədi rayonu ərazisində qeydə alınmış avtoqəza zamanı avtomobil beton maneələrə çırpılıb.

Bildirilib ki, yolda gedən təmir işləri ilə əlaqədar Sumqayıt istiqamətində arakəsmə olaraq beton maneələr düzülüb. Bu vaxt həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq həmin maneələrə çırpılıb. Avtomobil daha sonra aşıb.

Hadisə nəticəsində sürücü - 1993-cü il təvəllüdlü Baxışlı İlkin Bəykişi oğlu, Qurbanov Tural Səməndər oğlu və 1999-cu il təvəllüdlü Cəlilov Sadiq Seyhun oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Xəstəxanın həkimlərinin verdiyi məlumata görə, S.Cəlilovun vəziyyəti çox ağırdır.

Hadisənin təfərrüatları araşdırılır. Şahidlərin bildirdiyinə görə, bu, son bir sutkada eyni ünvanda baş vermiş ikinci hadisədir.

Qeyd edək ki, qəza nəticəsində yanacaq dağıldığından FHN-in yanğınsöndürənləri də əraziyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 075
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 434
  • 18
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter