• 16:00 – Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur... 
  • 14:58 – İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib 
  • 14:23 – İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” 
  • 11:28 – Prezident Şirvan suvarma kanalının təməlini qoyub 

Əsl həyat yollardan başlayır

  • 22.04.2020, 21:57,
  • Siyasət
  • Baxılıb: 125
Əsl həyat yollardan başlayır


Yaradılmışların ən mükəmməli , kamili insandır. Ulu Yaradan bu varlıqdan nəyi əsirgəmiş ki! Ağıl , dərrakə ,düşüncə , güc , daha nələr , nələr ...



Yetər ki bu imkanlardan layiqincə yararlanasan , bir yaşam boyu verilən ömür payını ziynətləndirəsən, insanlıq adına elə işlər görəsən ki sağlığında və axirətində yaddaşlara əbədi həkk olunasan. Adın çəkiləndə dodaqlarda xəfif təbbəsüm , simalarda xoş cizgilər görünə , haqqında ağızdolusu , iftixarla , həvəslə danışıla ...

Bəli , belə həyat bu dünyaya gəlib iz qoyanların , yaşamlarının, həyatlarının məna yükünü anlayıb dərk edənlərin həyat tərzi , yaşam fəlsəfəsidir.

Bu cür insanlar sıradan biri deyillər.Eqoya malik ,fenomen , dahi , kamil insanlardır.Belə həyat təkcə onların alınyazısı , şansı deyil. Sonsuz istək , zəhmət ,əziyyət ,mübarizə nəticəsində formalaşmış , ortaya çıxmış ömür nümunəsidir.

Təbii ki belə bir ömür yaşayanların seçdikləri sənət, peşə də onların həyatında mühüm rol oynayır.Bütün sənəd və peşələr gözəldir,əsl insan , peşəkar timsalında.Lakin elə peşələr vardır ki daha özəldir , daha xüsusidir .Tikmək , qurub-yaratmaq, abadlaşdırmaq, gözəlliklərə gözəllik qatmaq ! Məncə bundan önəmli nə ola bilər ki . Əsərimin qəhrəmanı da insanlığın və sənətin zirvəsini fəth etmiş belə bir şəxsiyyətdir . Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Ərşad oğlu Məmmədov. Saleh Məmmədov 1958-ci ildə cənnətməkan Azərbaycanımızın dilbər guşələrindən biri olan Tərtər rayonunda anadan olmuşdur.Orta məktəbi doğma kənddə bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “ Sənaye və mülki tikinti” fakültəsinə daxil olmuşdur.1980-ci ildə adı çəkilən ali təhsil ocağını müvəffəqiyyətlə bitirərək ,əmək fəaliyyyətinə mühəndis kimi başlamışdır.


Yol böyük məfhumdur. Həyat yolu , yaradıcılıq , yolu , ömür yolu , yollar , yollar... İnsanı məqsədlərə doğru aparan yollar !Təbii ki , bu yollar hər zaman düz , hamar olmur . Min bir çətinliklərlə dolu , kələ- kötür , dolanbac , əzab -əziyyətlə dolu yollar ... Saleh müəllim ömrünü , taleyini yollara bağladı; Azərbayan yollarına .

Zaman keçir , illər bir-birini əvəz edirdi. Saleh müəllim öz əzmkarlığı ,işgüzarlığı , bilik- bacarığı ilə çox sevdiyi sənətinin pillələrini fəth edirdi.

İl -2015 .Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr tarixli Sərəncamı ilə S.Ə. Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilir..

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək“Azəravtoyol”Açıq Səhmdar Cəmiyyəti adlandırılır. Cənab prezidentin növbəti 2017-ci il 19 dekabr tarixli fərmanı ilə bu qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlandırıldı. Təbii ki , Saleh müəllim də Agentliyin İdarə Heyyətinin sədri kimi fəaliyyətini davam etdirməkdə idi.

Yol həyatdır , yol mədəniyyətdir , yol inkişafdır . Azərbaycan hökumətinin başçısı Cənab İlham Əliyevin bu sahədən gözləntiləri təbii ki , böyük idi.Azərbaycanımızı müasir standartlara cavab verən beynəlxalq yolların qovşağınaçevirmək ! Həmçinin ölkənin bütün kənd , qəsəbə , şəhər yollarını , ən müasir səviyyədə yenidən qurmaq !

Bunun üçün də ölkə rəhbəri bütün imkanları səfərbər edib , bu sahəyə diqqət və qayğısını heç bir zaman əsirgəmir.

Məqsəd böyük , görüləcək işlər yetrincə çox. İşin başında duran isə əsl peşəkar , əsl vətəndaş, xalqına və dövlətinə şərəflə xidmət edən ləyaqətli şəxsiyyət! Bəli . Görünən dağa nə bələdçi. Əgər yol infrastrukturunda beynəlxalq səviyyədə nəzərə çarpacaq yüksəliş varsa , yolların keyfiyətinə dünyada 27 –ci , yaxın qonşularımız- MDB ölkələri arasında birinci sıradayıqsa, deməli , bu işin başında duran şəxs ən böyük alqışa layiqdi. Bir də ki , hesabata, statistikaya nə ehtiyac!? Görülən işlər göz önündədir. Müasir standartlara uyğun , ölkə vətəndaşlarının rifahına , rahatlığına hesablanmış istər qəsəbə və kəndlərarası , istər şəhərlərarası, istər böyük magistal , istər də paytaxt yolları !

Əsl həyat yollardan başlayır


Xatırlatmaq yerinə düşərdi ki , 1918- ci ildə Azərbaycan Demokratik Respublikası dövründə ilk yol nazirimiz Xudadat Məlikaslanov olmuşdur. O zaman ümumi respublika üzrə bərk örtüklü 450 km yollarımız mövcud idi. Hal – hazırda isə demək olar ki , hər il min km –dən artıq yüksək keyfiyyətli , müasir standartlara uyğun yollar çəkilir , istismara verilir. Ölkə rəhbəri Cənab İlham Əliyev bütün yolların yenidən qurulması , təmir- bərpasından sonra açılışında iştirak edir.Saleh müəllim də öz növbəsində hər zaman onun yanında , görüln işlər , yolun texniki göstəriciləri haqqında cənab prezidentə məlumat verir. Onun tövsiyə və tapşırıqlarını dinləyir.
Bu faktı xüsusi qeyd etməyi özümə borc bilirəm. Respublikamızın cənub bölgəsinə , ucqar dağ kəndlərinə yolum tez- tez düşür. Bu kəndlərdə insanlar daim yolsuzluqdan əziyyət çəkmişlər.Həmin kəndlərin yaşlı sakinlərinin söylədiklərinə görə hələ Sovet hakimiyyəti illərində bu kəndlərə gediş- gəliş atla , araba ilə , sonralar isə traktopla mümkün idi. Hal- hazırda dağların dibi ilə qıvrılıb gedən asfalt yol dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşən Toradi kəndinə gedib çıxır. Uzunluğu 25 km təşkil edən Təxtənəkaran- Miki - Təxtənəkaran - toradi yolu 12 min sakinə xidmət edir.
Həmçinin uzunluğu 21 km təşkil edən 10 mindən çox əhaliyə xidmət göstərən Deqədi – Pəlikeş – Deqədi – Sım yolu da bu qəbildəndir. Kənd sakinləri o qədər razı , o qədər məmnundurlar ki . Onlar buna bir möcüzə kimi baxırlar. Hələ də inana bilmirlər ki, o keçilməz yerlərə də yol çəkilərmiş. Onların o saf, dağ vüqarlı insanların ölkə rəhbəri Cənab İlham Əliyevə , Saleh müəllimə , yol işçilərinə dualarını , alqışlarını sözlə ifadə etmək mümkün deyil , görüb eşitmək lazımdır. Belə nümunələr kifayət qədərdir.
Doğurdan da yol sahəsində çalışanların əməyini, zəhmətini sözlə ifadə etmək qeyri- mümkündür. İlin dörd fəslində -yayın istisində , qışın şaxtasında , çətinliyə sinə gərərək işlərinin ödəsindən ləyaqətlə gəlirlər. Saleh müəllim təkcə işinin, sənətinin kamil bilicisi deyil , o cümlədən səriştəli bir rəhbərdir . Böyük bir ailə - yolçular , körpüsalanlar ailəsinin yararadıcısıdır.O ailə ki , hər zaman bir – birilərinə dayaqdır , arxadır. . Saleh müəllim hər daim öz kollektivinin , öz böyük ailəsinin içində , onların şad günlərində , dar günlərində onların yanındadır.
Bu gün qürurverici hallardan biri də odur ki , yol infrastrukturu sahəsində yetərincə yüksək ixtisaslı kadrlar formalaşdırılıb. Belə kadrlardan Əvəz Qocayevin , Aftandil Qasımovun , Hüsnü Quliyevin adını hörmətlə çəkə bilərik. Bir zamanlar yollarımızda xarici ölkələrdən gələn mütəxəssislər çalışırdılarsa , günümüzün reallığında bizim yüksək ixtisaslı kadrlarımız dünyanın bir sıra ölkələrində - yol infrastrukturunda çalışırlar.
Ölkənin inkişafı , yüksəlişi , beynəlxalq aləmdə söz sahibi olması, təbii ki , onu idarə edənlərdən , yönəldənlərdən asılıdır. Hər kəs öz yerini aldıqda , hər kəs layiqli məqamında bərqərar olduqda yüksəlişdən , inkişafdan , mükəmməllikdən danışmaq olar. Günümüzün reallığında Azərbaycanımın yollarına nəzər yetirdikdə (təkcə statistikanı nəzərdə tutumuram ) bu sahəyə rəhəbərlik edən insanın sözün həqiqi mənasında yerində olduğuna bir daha əmin oluruq.Saleh müəllim yüksək elmi bilikləri , zəngin təcrübəsi , indivudal bacarığı , tükənməz və müsbət enerjisi ilə layiq olduğu yerdədir.

Bu çətin və şərəfli işdə , bu sonsuz və tükənməz yollarda Sizə və kollektivinizə uğurlar arzulayırıq . Saleh müəllim ! Siz insanlara rahat və təhlükəsiz yollar bəxş edirsiniz , Ulu Tanrı da sizin yollarınızı hər zaman açıq və hamar etsin . İnşallah!

Millidestek.az-ın baş redaktoru Müşfiq Kişiyev.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 073
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 432
  • 18
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter