Bakı 14 C
 USD 0.7844
 RUB 0.0182


Sovetskinin sökülməsi ilə bağlı müzakirə

Bu gün, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mənzil qərargahında, Demokratik Qüvvələrin Birliyinin (DQB) növbəti yığıncağı keçirilib. 
 

 

“Xeberdar.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, KXCP Ali Məclisinin sədri Bəybala Əbilin sədrliyi ilə keçirilən yığıncaqda qərarların icra vəziyyəti, ictimi-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib. DQB-nin iclasında qəbul edilmiş qərarların icra vəziyyəti ilə bağlı verilən arayışlar nəzərə alınıb, ictimai-siyasi vəziyyəti müzakirə edilərək uyğun qərarlar qəbul edilib.

Yığıncaqda 2014-cü ildə keçiriləcək Bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılın, yerlərdəki vəziyyəti öyrənmək üçün işçi qrupunun yaradılması məsləhətləşdirilib.

Yığıncaqda, geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə, aprel ayının əvvələrində "Ukraynadakı böhran, regional durum vı inkişaf perspektivləri" mövzusunda konfrans keçirməsi qərarlaşdırılıb.

Yığıncaqda son günlər Rusiyanın Ukrayna torpaqlarını ilhaq etməsi ilə bağlı yaranan gərgin durum müzakirə edilmişdir. Müzakirələrdə, bu hadisə Sovetlər birliyi dağılandan sonra Rusiya hakim dairələrinin imperiya siyasətindən bir anda geri durmadığını, əksinə, əvvəlki rus imperiyasını bərpa etmək cəhdləri kimi qiymətlənmdirilmişdir. Digər ölkələrdə yaşayan və rusiya hakim dairələrinin imperiya siyasətinin girovuna çevrilən rus dillilərin “hüquqlarının müdafiəsi” adı altında qonşu dövlətlərin ərazisinə soxulmaq, dövlət sturukturlarını dağıtmaq, vətəndaşlarını öldürmək, millətləri soyqırıma məruz qoymaq təhlükəsi Rusiyanın keçmiş müsrəmləkələrinin hər biri kimi Azərbaycanında başına gələ biləcək fəlakətdir. Demokratik Qüvvələr birliyi bəşəriyyəti gözləyən bu fəlakətin qarşısını almaq üçün dünyanın bütün xalqlarını, dövlətlərini, beynalxalq təşkilatlarını, mütərəqqi qüvvələrinin birgə və qətiyyətli mübarizəyə çağırır.  

DQB Bakının "Sovetski" adlanan məhəlləsinin sökülməsi ilə bağlı bir neçə vaxtdır gündəmi zəbt edən məsələni müzakirə edib. DQB tarixi, mədəni və etnoqrafik abidələri, vətəndaşlarln mülklərini  Sovetlərdən qalma üsullarla dağıtmaq istəyən hakimiyyət orqanlarına xatırladır ki, məhv etmək istədikləri abidələri, mülkləri, mülkiyyət sahiblərinin hüquqlarını ilk növbədə qorumalı olan elə həmin hakimiyyət orqanları olmalıdır. DQB aparılan söküntü zamanı tarixi abidələrin dağıdılmasına, vətəndaşların mülkiyyət hüquqlarının tapdanmasına etiraz etiraz edir, evlərindən köçürüləcək sakinlərə layiqli və ədalətli kompensasiya ödənilməsini tələb edir.

Demokratik Qüvvələr Birliyi Novruz bayramı münasibıri ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: DQB, Azərbaycan xalqını min illərdir yaşatdığı, əsrlərin sınağından, imperiyaların represiyalarından qoruyub bu günə gətirdiyi Novruz bayramı münasibəti ilə təbrik edir, Xalqımıza qarşıdan gələn illərdə bu bayramı işğallardan azad edilmiş Vətənimizdə azad Vətəndaşları, hüquqi Dövləti və Demokratik cəmiyyəti ilə qeyd etməyi arzulayırlar.  

 

Tarix
19 Mart 2014 [18:23]
Müəllif
Xəbərdar.az
SOSİAL bölməsinin digər xəbərləri
Xanım İsmayılqızıdan ölən oğluna - ŞEİR
Şəhidin bibisi döyüşə gedir
Erməni hakerlərdən daha bir sayta hücum
“O xəbərə qorxa-qorxa sevinənlər oldu...”
Qazaxın başçı müavini: “Bütün kəndlərlə danışmışam”
Pendirin içindən milçək çıxdı - FOTOLAR
700 bal toplayanlar Azərbaycanda oxumaq istəmirlər
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti



Ən çox oxunanlar

Səs vermə

Maaşınız istirahətiniz üçün yetərlidi?
Bəli
Xeyr
İstirahət etmirəm


Bakı şəh,Nərimanov ray,Həsən Əliyev küç 134 a

(+99450) 321 54 55

(+99455) 210 29 62

info@xeberdar.az

www.xeberdar.az 2013

Müəllif hüquqları qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.