• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir - İNCƏLƏMƏ

  • 25.07.2024, 16:00,
  • Dünya
  • Baxılıb: 84
Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir - İNCƏLƏMƏ


İranın Ermənistanla 500 milyon dollarlıq silah müqaviləsi imzaladığı haqda məlumatlar yayılıb. Tehranın bölgədəki maraqlarını və informasiyanı yayan resursun - “İran İnternational”ın sıradan media orqanı olmadığını nəzərə alanda bunun doğruluq ehtimalı yüksəlir.
Məlumatda İranın müqavilə çərçivəsində Ermənistana pilotsuz təyyarələr və raketdən müdafiə sistemləri verdiyi deyilir. Müqaviləyə həmçinin, Ermənistana kəşfiyyat dəstəyinin verilməsi, hərbi bazaların inşa edilməsi, erməni hərbçilərə təlimlərin keçirilməsi kimi məsələlər də daxildir.
Rusiyanın “təhlükəsizlik çətirindən” imtina edən Ermənistan hərbi müstəvidə dəstəyi şaxələndirmək siyasəti yürüdür. Əsas istiqamət kimi Qərb, xüsusilə ABŞ və Fransa görünsə də bu ölkələrdən silahların göndərilməsi marşrutunda çətinliklər var. Və bir çox hallarda Azərbaycanın sərt reaksiyası problemlər yaradır. Bu baxımdan, Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir.
- Bu ölkədən silah daşınmasını Azərbaycanın nəzarətindən kənar həyata keçirə bilirlər;
- Region ölkəsi olan İrandan hərbi dəstəyin əldə edilməsi Ermənistan üçün uzaq Qərb ölkələrindən daha effektiv rol oynaya bilər: bu həm də İrəvanın bölgədə təklənmək riskini azaldır;
İranın Cənubi Qafqazda mövqelərini gücləndirmək siyasəti Ermənistanda Rusiyanın boşalan yerini tutmaq strategiyasına əsaslanır. Bu müqavilə Tehran üçün ciddi uğur hesab oluna bilər. Başda Fransa olmaqla Qərbdə Ermənistanın İranla əməkdaşlığına qarşı sərgilənən mövqe isə daha çox ritorik xarakter daşıyır. Çünki onlar üçün İranın dəstəyi “əllərinin çatmadığı” bölgədə Ermənistanın müdafiəsinin təmin edilməsi baxımından sərfəlidir.
Azərbaycanlı Pezeşkianın prezident olması İranın siyasətində korektlərə ümidlər yaratsa da, Tehran rejiminin mahiyyətinə ciddi təsir etməyəcəyi də məlum idi. İranın Ermənistana dəstəyini, bölgədəki maraqlarını bu ölkə üzərindən tətbiq etmək siyasətini müəyyən edən daha çox SEPAH, qərarverici isə dini liderdir. Pezeşkianın bunu dəyişmək gücü yoxdur. Pezeşkian amili İranın Azərbaycan siyasətində loyallığın ön plana çıxmasında müəyyən rol oynaya bilər. Ki, bu ehtimal da o qədər yüksək deyil.
Bütün bunların fonunda əsas diqqətçəkən məqam İran-Ermənistan silah müqaviləsi haqda informasiyanın səfirliyimizin fəaliyyətə başlaması və Bakı-Tehran xəttində normallaşmanın praktiki müstəvidə irəliləməsindən sonra ortaya çıxmasıdır. İstisna deyil ki, 500 milyon dollarlıq silah müqaviləsini İranda Azərbaycanla münasibətlərə qarşı olan qüvvələr mediaya sızdırıb.

Asif Nərimanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 16
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 055
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 745
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter