Xalq artistimizin ölümünə Nailə İslamzadə kövrəldi: "Hardan biləydik ki, qərib ölkədə..."

  • 30-10-2017, 15:11 
Nailə İslamzadə: "Bir ay bundan əvvəl Türkiyə həkimləri dedilər ki, daha Rafiq Hüseynova edilən müalicənin heç bir faydası yoxdur".

Bunu əməkdar artist, diktor Nailə İslamzadə deyib. Onun sözlərinə görə, Rafiq Hüseynov Almaniyaya aparılanda bütün diktorlarda bir inam hissi yaranıb: "Dedik ki, sağalacaq. Biz onu sağ-salamat, ümidlə yola saldıq, amma sonda ölüm xəbərini aldıq. Hardan biləydik ki, qərib ölkədə dünyasını dəyişəcək".

Nailə İslamzadə deyir ki, Rafiq Hüseynov haqqında danışarkən xatirələr onu 1982-ci ilə aparır: "Televiziyaya qəbul olunanda Rafiq müəllim münsiflər heyətində idi. O, bütün diktorlara vaxt ayırırdı, onlarla həm azərbaycan, həm də rus dilində çox ciddi məşğul olurdu. Rafiq müəllimi dəhlizdə əli belində görən kimi yolun yarısından qayıdardım. Əli belində olanda bilirdim ki, nəyisə düz deməmişəm".



Xalq artistimizin ölümünə Nailə İslamzadə kövrəldi: "Hardan biləydik ki, qərib ölkədə..."
Oxunub 2100
  • 30-10-2017, 15:11
Fikirlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac