Bugün - 29 mart 2025 г
Hüseyn Qaraşov: Akademiyamızın əsas hədəfi elmi biliklərə, tədqiqat bacarığına yiyələnən, cəmiyyət-fərd münasibətlərinə həssaslıqla yanaşan, peşəkar kadr kimi həyata hazır olan gənc mütəxəssislər yetişdirməkdən ibarətdir
- 11.03.2022, 12:24,
- Gündəm / Cəmiyyət
Baxılıb: 322 652
Facebook
Вконтакте
Одноклассники
Google+

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Hüseyn Qaraşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşovdur.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hüseyn Qaraşov bu işin müqəddəsliyini qoruyub saxlayır. Hüseyn Qaraşov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Hüseyn Qaraşovdan danışdılar yaxşı ki, Hüseyn Qaraşov Azərbaycan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorudur… Hüseyn Qaraşov öz isguzarlığı ilə tanınır və seçilir….
Hüseyn Qaraşov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Hüseyn Qaraşov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Hüseyn Qaraşov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Hüseyn Qaraşovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Hüseyn Qaraşov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Hüseyn Qaraşov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Hüseyn Qaraşov özünü doğruldub. Bizdə hörmətli Hüseyn Qaraşovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
10 mart 2022-ci il tarixdə AƏSMA Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Team Building” mövzusunda təlim keçirilmişdir. Sabunçu Gənclər Evinin əməkdaşı, təlimçi Şalan Novruz təlim müddətində gənclərə komanda quruculuğu haqqında ətraflı məlumat vermişdir. Müxtəlif praktiki oyunlar təşkil edilərək nəzəri biliklər inkişaf etdirilmiş, həmçinin, “Liderlik və Komanda” mövzusu ətrafında müzakirələr aparılmışdır.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov - Akademiyamızın əsas hədəfi elmi biliklərə, tədqiqat bacarığına yiyələnən, cəmiyyət-fərd münasibətlərinə həssaslıqla yanaşan, peşəkar kadr kimi həyata hazır olan gənc mütəxəssislər yetişdirməkdən ibarətdir. Müasir dünya ilə ayaqlaşmaq, dəyişkən tələblərə cavab vermək gənclərdən dünyagörüşlü, bilikli və bacarıqlı olmağı tələb etdiyi kimi, fərdi keyfiyyətlərini artırmağı və kollektiv ruhda çalışmağı da vacib edir.
Akademiyamız təkcə formal biliklər verməklə kifayətlənmir. Tələbə gənclik həyatının 4 ilini burada keçirir. Bu müddətdə bir çox qeyri-formal bilik və vərdişlərə yiyələnir. Ona görə bu sahəyə həssaslıqla yanaşırıq. Bu işdə valideyinlərlə əlaqələrimizin olması çox vacibdir. Onlarla təkcə rabitə vasitəsi ilə deyil, ildə bir neçə dəfə görüşlər keçirməyimiz artıq ənənəyə çevrilmişdir ki, bu da öz növbəsində ümumi işimizə çox kömək edir.
Fürsətdən istifadə edərək, yeni internet səhifəmiz vasitəsilə haqqımızda məlumat almaq istəyən gələcək tələbələrimizi də salamlayıram. Əminəm ki, Akademiyamıza dair internet səhifəsindən lazımi məlumatları əldə edə biləcək, bu ali təhsil ocağı ilə tanış olacaq və bizləri daha yaxından tanımaq istəyəcəksiniz.
Kadr hazırlığı həmişə Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzində оlmuşdur. Kadr və fəalların iхtisasının artırılması və yenidən hazırlanması vəzifəsini 1952-ci ildən müхtəlif adlarla fəaliyyət göstərmiş həmkarlar ittifaqlarının tədris mərkəzi yerinə yetirmişdir. Eyni zamanda, ali təhsilli kadrlar hazırlamaq üçün 1962-ci ildə keçmiş SSRİ-nin Həmkarlar İttifaqları Hərəkatı Ali məktəbinin Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin məntəqə 1998-ci ildə Rusiya Federasiyası Əmək və Sоsial Münasibətlər Akademiyasının Bakı filialına çevrildi. 2006-cı ildə isə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi - Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyası yaradıldı.
Akademiyaya ümumi rəhbərliyi mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura həyata keçirir. Elmi Şura fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə”sinə uyğun həyata keçirir. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın üzvləri 19 nəfərdən ibarətdir.



Şərh yaz
- 11-03-2022, 12:24
- 322 653
- 5 970
- 10-02-2022, 10:36
- 31 300
- 245
- 7-04-2022, 11:57
- 26 173
- 249
- 12-12-2020, 12:00
- 20 520
- 121
- 26-04-2019, 16:16
- 18 975
- 49
- 26-04-2019, 15:39
- 18 532
- 241
- 18-09-2019, 10:29
- 16 441
- 120
- 15-05-2019, 20:27
- 15 131
- 60
- 11-04-2022, 16:00
- 14 620
- 12
- 24-05-2020, 23:28
- 12 756
- 3
- 3-05-2019, 19:02
- 12 017
- 3
- 27-04-2019, 10:08
- 11 827
- 2
- 4-05-2019, 18:03
- 11 013
- 4
- 23-10-2019, 21:00
- 10 888
- 1
- 29-11-2019, 09:00
- 10 701
- 3
- 13-05-2020, 22:05
- 10 547
- 0
- 8-05-2019, 21:13
- 10 402
- 0
- 28-04-2019, 20:56
- 10 336
- 2
- 23-04-2019, 21:57
- 10 098
- 2
- 8-04-2020, 22:07
- 10 060
- 0
- 11-03-2022, 12:24
- 322 653
- 5 970
- 7-04-2022, 11:57
- 26 173
- 249
- 10-02-2022, 10:36
- 31 300
- 245
- 26-04-2019, 15:39
- 18 532
- 241
- 7-11-2019, 09:36
- 9 330
- 167
- 12-12-2020, 12:00
- 20 520
- 121
- 18-09-2019, 10:29
- 16 441
- 120
- 22-12-2021, 14:22
- 7 999
- 102
- 10-02-2023, 10:54
- 7 390
- 93
- 15-05-2019, 20:27
- 15 131
- 60
- 26-04-2019, 16:16
- 18 975
- 49
- 14-01-2020, 09:33
- 9 580
- 20
- 1-10-2020, 21:45
- 1 063
- 17
- 11-04-2022, 16:00
- 14 620
- 12
- 27-03-2021, 14:25
- 7 793
- 7
- 29-11-2021, 09:36
- 7 339
- 5
- 28-12-2020, 16:00
- 2 142
- 5
- 29-09-2020, 11:15
- 7 764
- 5
SOSİAL ŞƏBƏKƏLƏR