• 14:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 17:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 
  • 15:35 – Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində 
  • 11:58 – Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB 

Buraxılış imtahanının nəticələri açıqlandı

  • 30.04.2019, 12:32,
  • Təhsil
  • Baxılıb: 233
Buraxılış imtahanının nəticələri açıqlandı



Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də doqquzuncu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
Bununla bağlı DİM-dən məlumat verilib.
İmtahanlar Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində ümumtəhsil müəssisələrində keçirilib.

İmtahanda iştirak edən şagirdlər (32966 nəfər) DİM-in internet saytındakı keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Qeyd edək ki, martın 3-də keçirilmiş imtahanın nəticələri aprelin 18-də DİM-in saytında yerləşdirilib.

İmtahan nəticələri, cavab vərəqləri və qiymətləndirmə meyarlarına baxanların sayı azdır. 13 gün ərzində imtahanda iştirak etmiş 37434 nəfərdən 27063 nəfəri öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 10863 nəfər baxıb.

Martın 10-da keçirilmiş imtahanın nəticələri isə aprelin 23-də DİM-in saytında yerləşdirilib.

Səkkiz gün ərzində imtahanda iştirak etmiş 39011 nəfərdən 26220 nəfəri öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 7112 nəfər baxıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • Bu gün, 16:00
  • 5
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 084
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 456
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter