Abşeron Olimpiya Kompleksində əlbəyaxa döyüş növləri üzrə möhtəşəm Respublika Turniri keçiriləcək
- 11.02.2023, 00:31,
- ---
Baxılıb: 120
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün bütün dünyada əlbəyaxa döyüş növlərinə getdikcə artan maraq və bu idman növünün durmadan artan populyarlığı fonunda “Qartal” Peşəkar İdman Klubu və Azərbaycan Kunq-fu Federasiyasının effektiv fəaliyyəti diqqəti cəlb edir. Məhz bu fəaliyyətin nəticəsində bu gün ölkəmizdə də əlbəyaxa döyüş növlərinə maraq getdikcə daha çox artır. Bu yaxınlarda ölkəmizin əlbəyaxa döyüş həvəskarları yeni bir möhtəşəm yarış izləmək imkanı əldə edəcəklər. 11-12 fevral tarixlərində Abşeron Olimpiya Kompleksində “Qartal” Peşəkar İdman Klubu və Azərbaycan Kunq-fu Federasiyasının birgə təşkil etdikləri Respublika Turnirinə start veriləcək. Turnirdə “Qartal” PİK, “Cənub” idman klubu, “Sarivan” idman klubu, “Lion fight club”, “CFC fight club”, “Universal döyüş klubu”, Biləsuvar idman klubu, Tovuz idman klubu, “Neftçi” idman klubu, Xaçmaz idman klubu, Qusar idman klubu, Ramana idman klubu, “Polad” idman klubu, “Golden Ring”, “KİNG”, Digah idman klubu, Astara idman klubu, “Osman fight club”, Quba idman klubu, “Vaşaq” və “Amil” idman klublarını təmsil edən 300-ə yaxın idmançı iştirak edəcək.
Bundan başqa turnir çərçivəsində peşəkarlar arasında daha 5 döyüş keçiriləcək. Qeyd eüdək ki, peşəkarlar arasında keçiriləcək yarışda 56kq çəki dərəcəsində Əsgərov Sahil (“Cənub” İK) və Qəmbərov Babək (“Qartal” PİK), 65kq çəki dərəcəsində Məmmədov Riad (“Sarivan”İK) və Eminov Tələt (“Neftçi” İK), 70kq çəki dərəcəsində Əhmədzadə İlqar (“CFC” FK) və Rəcəbov Sənan (“Fayter” FK), gənclər arasında 56kq çəki dərəcəsində Quluyev Səməd (“Cənub” İK) və Manafov Nihat (“Qartal” PİK), yeniyetmələr arasında 42kq çəki dərəcəsində Məmmədov Ayxan (“Ramana” İK) və Kərimzadə Yasin (“Neftçi” İK) qarşılaşacaqlar. Xatırladaq ki, yarışın təşkilatçısı “Qartal” Peşəkar İdman Klubunun prezidenti, respublikanın əməkdar məşqçisi, ölkəmizdə əlbəyaxa döyüş növləri üzrə peşəkar döyüşlərin ən fəal təşkilatçılarından biri Yaqub İbrahimov eyni zamanda ölkəmizdə bir neçə beynəlxalq yarışın da təşkilatçılığını yüksək səviyyədə həyata keçirib.
Qeyd edək ki, “Qartal” Peşəkar İdman Klubunun və Azərbaycan Kunq-fu Federasiyasının təşkilatçılığı ilə keçiriləcək bu yarış “Kəhriz” sularının, “Berg” enerji içkilərinin, ölkənin ən qabaqcıl hazırlıq kurslarından biri olan “Academy Qalib Hazırlıq Kursları”nın, “Qartal Media” reklam şirkətinin sponsorluğu və AİA.az (Azərbaycan İnformasiya Agentliyi) saytının təşkilati-informasiya dəstəyi ilə keçiriləcək.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 150
- 5 502
- 10-02-2022, 10:36
- 28 434
- 244
- 7-04-2022, 11:57
- 21 603
- 207
- 26-04-2019, 16:16
- 16 161
- 45
- 18-09-2019, 10:29
- 13 673
- 119
- 12-12-2020, 12:00
- 13 411
- 92
- 11-04-2022, 16:00
- 11 872
- 12
- 15-05-2019, 20:27
- 11 095
- 54
- 24-05-2020, 23:28
- 10 004
- 3
- 26-04-2019, 15:39
- 9 497
- 99
- 27-04-2019, 10:08
- 9 065
- 2
- 23-10-2019, 21:00
- 8 081
- 1
- 29-11-2019, 09:00
- 7 928
- 3
- 13-05-2020, 22:05
- 7 786
- 0
- 28-04-2019, 20:56
- 7 552
- 2
- 23-04-2019, 21:57
- 7 324
- 2
- 11-03-2022, 12:24
- 310 150
- 5 502
- 10-02-2022, 10:36
- 28 434
- 244
- 7-04-2022, 11:57
- 21 603
- 207
- 7-11-2019, 09:36
- 6 116
- 126
- 18-09-2019, 10:29
- 13 673
- 119
- 26-04-2019, 15:39
- 9 497
- 99
- 12-12-2020, 12:00
- 13 411
- 92
- 22-12-2021, 14:22
- 4 777
- 58
- 10-02-2023, 10:54
- 4 316
- 57
- 15-05-2019, 20:27
- 11 095
- 54
- 26-04-2019, 16:16
- 16 161
- 45
- 14-01-2020, 09:33
- 6 829
- 20
- 11-04-2022, 16:00
- 11 872
- 12
- 27-03-2021, 14:25
- 4 999
- 7
- 29-11-2021, 09:36
- 4 592
- 5
- 29-09-2020, 11:15
- 5 015
- 5
- 24-09-2020, 11:41
- 5 049
- 5
- 16-05-2019, 14:19
- 6 944
- 5
- 15-05-2019, 09:47
- 5 283
- 5
SOSİAL ŞƏBƏKƏLƏR