• 14:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 12:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 10:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir

  • 02.03.2024, 12:02,
  • ---
  • Baxılıb: 20
Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir


Gəncə Yol-İstismar İdarəsinin rəisi Nəriman Süleymanov - Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində son illərdə ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yolötürücüləri tikilib, yaxud təmir edilib.

Bu proqramlarda nəzərdə tutulan tədbirlər yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli işlərin həyata keçirilməsinə imkan verir. Nəticədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, bu sahəyə davamlı və iri həcmli investisiyalar yönəldilib.
Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir

Müasir yol infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər hesabat dövründə də davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ, rayonlarımız və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etdirilib.

Yol rahatdırsa, insanlar da rahat olur və gediş-gəliş zamanı əziyyət çəkmirlər. Hansı kəndin, şəhərin yolu rəvandırsa, oraya işləməyə gələn də, alış-veriş edən də çox olur. Bir sözlə, iqtisadiyyat inkişaf edir.

Bir yumruq kimi səfərbər olmuş Azərbaycan xalqı

Birinci Vətən müharibəsindəki məğlubiyyət illər boyu xalqımızın qəlbində bir dağ olmuşdur. Ata-baba torpaqlarından qovulmuş yurddaşlarımız illərlə yurd həsrətilə alışıb yanmışlar.
Antimilli ünsürlərin hakimiyyəti zəbt etməsi, hakimiyyət uğrunda gedən mübarizələr torpaqlarımızın faktiki olaraq təslim edilməsinə gətirib çıxarmışdır. Xalqımızın faciələrlə dolu ağır günlərində onları düşündürən yalnız öz mövqeləri olmuşdur. Hakimiyyətdə olduqları müddətdə ölkəni bərbad vəziyyətdə qoymuş, qardaş qırğınına,vətəndaş müharıbəsinə səbəb olmuşlar.İgid oğullarımız Vətən uğrunda canlarından keçir,torpaqlarımız əldən gedir,onlar isə hakimiyyəti möhkəmləndirmək üçün hər cür xəyanətə əl atırdılar.Az bir müddətdə hakimiyyətdə olsalar da, xalqa, Vətənə vurduqları zərbə sarsıdıcı oldu.
Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir

30 ilə yaxın Azərbaycan özünü doğrultmağa, ayağa dürmağa çalışdı. Haqqını tələb etdi, ədalət aradı,səbrlə, qanunla rəftar etməyə çalışdı. Dayanmadı, əyilmədi, yolundan dönmədi. Lakin düşmən zəif olsa da, havadarları çox idi, haqqı, ədaləti boğmağa çalışırdılar. Elə bildilər ki,Azərbaycan xalqını əydilər.Ancaq bu, mümkün olmadı. Bütün dünya xalq birliyinin şahidi oldu. 30 ilə yaxın deyilən sözləri eşitməyən dünya ictimaiyyəti 44 günə xalq-iqtidar birliyinin nələr edə biləcəyinin şahidi oldu.
Qarabağ müharibəsi başlayanda hələ dünyaya göz açmamış oğullar Qarabağ torpaqlarını mənfur düşməndən təmizlədilər. I Qarabağ müharıbəsində xəyanətə uğramış igidlərimizin övladları II Qarabağ müharibəsinin qəhrəmanları oldular.Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar,qazi oldular,tarixi ədaləti bərpa etdilər.Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandan birliyi dəmir yumruq kimi birləşdi.
Vətən müharibəsi göstərdi ki, əsgər və zabitlərimiz torpaqlarımızı qorumağa , düşmənə layiqli cavab verməyə qadir və hazırdırlar. Hal-hazırda azad olunmuş torpaqlarımızda gedən quruculuq işləri bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ Azərbaycan torpağıdır və torpağın əsl sahibi öz yurduna qayıdıb.
Bu gün Qarabağ günü –gündən çiçəklənir,həyatın hər sahəsində burada inkişaf gedir.”El bir olsa, zərbi kərən sındırar” deyib atalar. Azərbayca xalqı da el birliyi ilə Qarabağa həyatı qaytarır.
Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 191
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 572
  • 22
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter