• 11:41 – İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:13 – İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:32 – Prezident Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib 
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 

Eltun Süleymanov: “Azərbaycan COP29-a həm də regional təhlükəsizlik üçün fürsət kimi baxır”

  • 25.04.2024, 17:43,
  • ---
  • Baxılıb: 61
Eltun Süleymanov: “Azərbaycan COP29-a həm də regional təhlükəsizlik üçün fürsət kimi baxır”


“Bu gün iftixar hissi ilə demək olar ki, beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Məhz, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir. COP29. Kimi mötəbər bir tədbirə ev sahibliyinin ölkəmizə həvalə edilməsi ilk növbədə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətin nəticəsidir. Hazırda respublikamız bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görür. Bu kontekstdə ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum böyük əhəmiyyət kəsb edir. Aprelin 23-də keçirilən Forumda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. Biz bu mötəbər tədbirə ev sahibliyi etməklə həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi belə bir reallığın təsdiqidir ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində stimulverici amildir. “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz vurğulayıb ki, “ sosial-iqtisadi inkişafımızın yüksək göstəricilərlə ifadə edilməsi ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurduğunu təsdiqləyir. Cənab İlham Əliyev bildirdi ki, COP29-a sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. O da qeyd edildi ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. COP29 əla fürsətdir.

Ölkəmizin başçısı Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandığını qeyd edərək bildirib ki. “Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Əlbəttə ki, iqlim məsələləri ilə bağlı fikir ayrılığının bir səbəbi inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin məsuliyyətidir. Bu ortaq məsuliyyət ədalətli olmalı və əlbəttə ki, iqlim problemlərinə mənfi təsir açıq şəkildə müzakirə edilməlidir. Hesab edirik ki, bu əlaqələrə, həmçinin bir çox Avropa ölkələri ilə yaxşı əlaqələrə malik olmaqla biz koordinator və ya körpü rolunu oynaya bilərik. Eyni zamanda, neft və qazla zəngin olan ölkə kimi bu, bizə neft və qaz hasil edən ölkələrlə qarşılıqlı əlaqədə olmaq, neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmaq imkanını verir.”

Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləməyin sadəlövhlük olduğunu xüsusi vurğulayan cənab Prezident bildirdi: “ Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir.”

Eltun Süleymanov daha sonra qeyd edib ki, Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün bu addımı atdı və reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Cənab İlham Əliyev hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasına yaxın olduğumuzu əsaslı şəkildə diqqətə çatdırdı. Bu reallıq da qeyd edildi ki, biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. İndi sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır. Azərbaycan reallıq hissini həmişə irəli çəkir və digər tərəfdən də eyni münasibəti gözləyir. Dövlət başçısı növbəti zəfərimiz olan Qazaxın dörd kəndinin geri qaytarılmasına da diqqəti yönəldərək vurğuladı ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır. Göründüyü kimi, konkret faktlarla məsələlərə aydınlıq gətirən, dünyanın beyin mərkəzləri ekspertlərinin suallarına ətraflı cavab verən cənab Prezident Azərbaycanın haqlı mövqeyini, dünyaya töhfə vermək istəyini bir daha diqqətə çatdırdı.”
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 300
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 5 084
  • 66
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter