• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Müstəqilliyimiz əbədidir

  • 27.05.2024, 00:09,
  • ---
  • Baxılıb: 38
Müstəqilliyimiz əbədidir


AQRAR ELMLƏR ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT MAHİRƏ VƏLİYEVANIN 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

Müstəqilliyimiz əbədidir


Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşı aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mahirə Vəliyevanın 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Toplantıda Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyəti və institutun əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə institutun direktoru İbrahim Cəfərov açaraq Mahirə Vəliyevanın aqrar elmin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, ömrünü aqrar sahənin inkişafına, elmə sərf etmiş adamlarının əməyinə hər zaman böyük dəyər verdiyi kimi, M.Vəliyevanın da həyatının əlamətdar təqvim gününə həsr olunmuş toplantının təşkilini vacib sayıb.

Yubilyarın bioqrafiyasındakı xarakterik məqamlara diqqət çəkən direktor bildirib ki, M.Vəliyeva 65 elmi məqalənin, 4 kitabın, 3 kitabçanın, 7 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Çıxışın sonunda İ.Cəfərov yubliyarı 70 illik yubileyi münasibətilə təbriklər ünvanlayaraq ona yeni nailiyyətlər diləyib və rəhbərlik etdiyi institutun adından hədiyyələr təqdim edib.

Toplantıda ADAU-nun müəllimələri Məhsəti Ələkbərova, Aytəkin Məmmədova, institutun elmi katibi Məryəm Bağırova, şöbə müdirləri Qabil Bayramov, Gülcamal Ələsgərova və digər əməkdaşları çıxış edərək yubilyara öz ürək sözlərini və təbriklərini çatdırıblar. Mahirə Vəliyevaya qarşıdakı müddətdə də yaradıcılıq şövqü və məhsuldarlığın davamını arzulayıblar.

Alim də öz növbəsində 70 illik yubileyinə, keçdiyi ömür yoluna yüksək dəyər verdikləri üçün İbrahim Cəfərova və toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Müstəqilliyimiz əbədidir
Müstəqilliyimiz əbədidir


Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov - Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrü ulu öndər Heydər Əliyevin dediyi kimi, “tariximizin böyük və parlaq bir mərhələsi”ni təşkil edir. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib. XX əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə istiqlaliyyətini elan etməklə Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Müstəqilliyimiz əbədidir

Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır. Ulu Öndərin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, sevgi tarixi idi və bu tarixə sədaqət müstəqilliyin yaşarlılığına real zəmin yarada bilərdi. Azərbaycan xalqının Ümummilli Lideri bildirirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ciddi nailiyyətlərə imza atır. Ölkə Prezidenti İlham Əliyev Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verərək, öz çıxışlarının birində demişdi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.
Bu gün müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 024
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 713
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter