• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir

  • 12.06.2024, 12:48,
  • ---
  • Baxılıb: 103
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir



Üç il bundan öncə Şuşada Azərbaycan və Türkiyə liderləri – cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan arasında müttəfiqlik məsələlərinə dair Birgə Bəyannamənin imzalanması böyük Qələbə ilə başa çatan 44 günlük ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisələrdən biridir. Bu sənədin bütün mənalarda müstəsna əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur. Əvvəla, Bəyannamənin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi məna yükünə malikdir və Qarabağ torpaqlarının məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqi və eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir. Başqa sözlə, məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi, bütün istiqamətlərdə iki qardaş ölkə arasındaki münasibətlər daha yüksək müstəvidə de-yure olaraq qərarlaşdı və bu, münasibətlərin inkişaf istiqaməti dönməz səciyyə aldı. Beləliklə də Şuşa Bəyannaməsi Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsinin və ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi “İki dövlət, bir millət” düsturunun tarixi təcəssümünə çevrildi. Bu xüsusda ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin sürətli inkişafı Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı mümkün təhlükələrdən etibarlı şəkildə sığortalayan ən vacib faktorlardan biridir.
Beləliklə, 2021-ci il iyunun 15-də imzalanmış birgə Şuşa Bəyannaməsi xalqlarımızın dostluq və qardaşlıq simvolu kimi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, həm də bölgənin yeni yüksəliş və intibah mərhələsinin başlanğıcı kimi tarixə qızıl hərflərlə yazılmışdır. Cənab Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bu tarixi hadisənin xalqlarımızın taleyi üçün böyük dəyər daşıdığını bəyan etmişdir: “Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək!"
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

"Bitcoin" kəskin ucuzlaşdı

  • Bu gün, 09:42
  • 4
  • 0

Sabah 32 dərəcə isti olacaq

  • Dünən, 14:22
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter