• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Türk dünyasının birləşməsi

  • 09.07.2024, 11:19,
  • ---
  • Baxılıb: 41
     Türk dünyasının birləşməsi


06.07.2024-cü il tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının iştirakı ilə qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Tarix boyu Azərbaycan Respublikası hər zaman Türk dünyasının birləşməsi, siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi uğrunda səylər göstərmişdir. Bu gün Şuşa şəhərində təşkil olunmuş görüş də bunun təsdiqidir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Dövlət başçılarını qarşılayan prezidentimiz öz çıxışı zamanı Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu vurğulamışdır.Bundan başqa dövlət başçısı bildirmişdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Həqiqətən də görülən və görüləcək olan işlərə nəzər saldığımız zaman bütün bunların Türk dünyası adına atılmış əsaslı addımlar olduğunu görə bilərik. Bunlardan əlavə Prezident İlham Əliyev görüş zamanı “Böyük Qayıdış” proqramının icra proseslərinə də toxunmuşdur. Bu Proqramın icra olunması da elə Türk Dünyasının birləşməsi naminə atəlan addımlardan olanıdır. Biz inanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəyicəsində tez bir zamanda Türk Dünyasının tam olaraq birləşməsinin şahidi olacağıq və biz hər birimiz xalq olaraq bunun üçün əlimizdən gələni etməyə hazırıq!


Ə. Vahid adına 293 nömrəli tam orta məktəb
Azərbaycan dili və ədəbiyyat müəllimi
Aysel Fərzəli
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 000
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 682
  • 56
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter