Rusiya-Azərbaycan münasibətləri inkişaf etməkdədir
- 21.08.2024, 11:12,
- ---
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Rusiya Azərbaycan münasibətləri tam fərqli konteksdə inkişaf edir. Artıq Azərbaycan Rusiya ilə münasibətlərini Cənubi Qafqazda dəyişdirdiyi gedişatlar üzərində qurur. Hazırda Rusiyada iki ölkə arasında regiondakı kommunikasiya məsələlərinin geniş müzakirə olunduğu mütləqdir. Keçmişdə Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər, suallar olub. Amma İkinci Qarabağ müharibəsindəki qələbəmizdən, separatizmə son qoyduqdan və rus hərbi kontingenti Qarabağı tərk etdikdən sonra münasibətlərdə elə bir problemli mövzu qalmayıb. Tərəfdaşlıq var, ticarət mübadiləsi artır, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan da bu nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır.
İndiki şəraitdə dövlətimiz xarici siyasətdə ancaq öz maraqlarından irəli gələn tərəfdaşlıqlar qurur. Doğrudur, böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaq olduqca çətindir. Son illər qlobal siyasətin əsas gücləri olan dövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidi oldu və bu maraqlar onlar üçün Cənubi Qafqaza giriş açarı rolunu oynayır. Azərbaycan regionun geopolitik məkanıdır. Cənubi Qafqazla bağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsində baş tutur.
Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf edir. İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Azərbaycan daima xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib.
Vəfa Əliyeva-18 saylı uşaq poliklinikasının baş həkimi
