• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Avtomobil Sənayesində Uğur Nümunəsi – Rafael Əzizov və “Nurgün Motors” MMC-nin Yüksəliş Hekayəsi

  • 08.04.2025, 12:10,
  • ---
  • Baxılıb: 57
Avtomobil Sənayesində Uğur Nümunəsi – Rafael Əzizov və “Nurgün Motors” MMC-nin Yüksəliş Hekayəsi


Azərbaycan avtomobil bazarında güvən, keyfiyyət və peşəkarlıqla tanınan “Nurgün Motors” MMC, artıq illərdir ki, ölkəmizdə avtomobil sənayesinin inkişafına öz töhfəsini verməkdədir. Bu uğurlu brendin arxasında isə işgüzarlığı, strateji idarəetmə bacarıqları və yeniliyə açıq vizyonu ilə seçilən direktor Rafael Əzizov dayanır.

Rafael Əzizov uzun illik rəhbərlik təcrübəsinə sahib olmaqla yanaşı, müasir menecment yanaşmalarını Azərbaycan reallıqlarına uğurla tətbiq edə bilən azsaylı biznes rəhbərlərindən biridir. Onun rəhbərliyi ilə “Nurgün Motors” təkcə satış rəqəmləri ilə deyil, müştəri məmnuniyyəti, satış sonrası xidmətlərin keyfiyyəti və etibarlı tərəfdaşlıq prinsipləri ilə də sektorda özünəməxsus yer qazanıb.

“NURGUN” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilmişdir.
«Nurgün» Şirkətlər qrupunun yarandığı tarixdən etibarən,onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“,Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford” və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.

“NURGUN” Şirkətlər Qrupuna pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir. “Kontinental” supermarketlər şəbəkəsi Bakıda iri və tanınmış ticarət obyektlərindən biridir.

“NURGÜN” Şirkətlər Qrupu həmçinin bank, sığorta sektorları kimi, mühüm sferalarda fəaliyyətini də təkmiləşdirərək, 2000-ci illərdə, uğurlarını daha da möhkəmlətmişdir.Belə ki,Nurgün Şirkətlər qrupuna daxil olan NBC Bank və Rəvan sığorta öz fəaliyyəti dövründə daim müştəri məmnuniyyətini prioritet tutmuş və maliyyə sektorunda öz layiqli mövqeyini formalaşdırmışdır.

“Nurgün” Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatına öz istehsalı olan yerli məhsullarla da böyük tövhələr verir. Belə məhsullardan biri olan BELLO 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərən “Nurgün” Şirkətlər Qrupunun Sənaye bölümünə daxil olan “Bello” Yuyucu Vasitələr Fabrikində hazırlanır.

“Nurgün Sənaye”-nin təklif etdiyi qeyri-qida məhsulları sırasında önəmli yer tutan daha bir brend NICOS kosmetika məhsullarıdır.Bu məhsullar Türkiyədə yüksək keyfiyyətli xammaldan müasir texnoloji avadanlıqlarla istehsal olunaraq qablaşdırılır.

“Nurgün” Şirkətlər Qrupunun istehsal müəssisələri sırasına aid obeyktlərdən biri də Salyan şəhərində fəaliyyət göstərən “Salyan Süd” zavodudur. Zavod ən müasir Avropa texnologiyaları ilə təchiz olunub.

1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.

“Caspian Transport” MMC 2004-cü ildən beynəlxalq yük daşımaları bazarında aktiv fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk gündən etibarən, şirkət əsasən avtomobillərin daşınması üzrə ixtisaslaşdırılmışdır.

“Nurgün”“ Şirkətlər Qrupu avtomobil yağları bazarında özünün xüsusi mövqeyi ilğ seçilən “Chevron-Texaco” Konserninin rəsmi dileridir.

“Nurgun Motors” şirkəti 2006-cı ildə “UĞUR” Milli mükafatı “İlin dileri” nominasiyasında, 2007-ci ildə Caspian Energy İntegration Award beynəlxalq mükafatı “İlin servisi” nominasiyasında, 2012-ci və 2014-cü ildə Azərbaycan Avtodilerlər Assosiasiyasının “QIZIL ÇARX” mükafatı “İlin servisi” nominasiyasında, 2012-ci il. “Azeri Business Award” Milli Mükafatı “İlin Lüks Avtomobil Brendi. INFINITI” nominasiyaları üzrə mükafatlandırılmışdır. Fəaliyyətinin demək olar ki, bütün mərhələlərində “Nurgun Motors” şirkəti məhsulların yüksək keyfiyyətinə və digər göstəricilərə görə bir neçə dəfə müxtəlif mükafatlara layiq görulmüşdür.Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilmişdir. Yarandığı ilk dövrlərdə sadəcə “Nurgün” adı ilə fəaliyyət göstərən şirkət, qısa bir müddətdə özündə bir sıra mühüm biznes vahidləri birləşdirən nəhəng“Nurgün” Şirkətlər Qrupuna çevrildi.

«Nurgün» Şirkətlər qrupunun yarandığı tarixdən etibarən,onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“,Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford” və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.

“NURGUN” Şirkətlər Qrupuna pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir. “Kontinental” supermarketlər şəbəkəsi Bakıda iri və tanınmış ticarət obyektlərindən biridir.

“NURGÜN” Şirkətlər Qrupu həmçinin bank, sığorta sektorları kimi, mühüm sferalarda fəaliyyətini də təkmiləşdirərək, 2000-ci illərdə, uğurlarını daha da möhkəmlətmişdir.Belə ki,Nurgün Şirkətlər qrupuna daxil olan NBC Bank və Rəvan sığorta öz fəaliyyəti dövründə daim müştəri məmnuniyyətini prioritet tutmuş və maliyyə sektorunda öz layiqli mövqeyini formalaşdırmışdır.

“Nurgün” Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatına öz istehsalı olan yerli məhsullarla da böyük tövhələr verir. Belə məhsullardan biri olan BELLO 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərən “Nurgün” Şirkətlər Qrupunun Sənaye bölümünə daxil olan “Bello” Yuyucu Vasitələr Fabrikində hazırlanır.

“Nurgün Sənaye”-nin təklif etdiyi qeyri-qida məhsulları sırasında önəmli yer tutan daha bir brend NICOS kosmetika məhsullarıdır.Bu məhsullar Türkiyədə yüksək keyfiyyətli xammaldan müasir texnoloji avadanlıqlarla istehsal olunaraq qablaşdırılır.

“Nurgün” Şirkətlər Qrupunun istehsal müəssisələri sırasına aid obeyktlərdən biri də Salyan şəhərində fəaliyyət göstərən “Salyan Süd” zavodudur. Zavod ən müasir Avropa texnologiyaları ilə təchiz olunub.

1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.

“Caspian Transport” MMC 2004-cü ildən beynəlxalq yük daşımaları bazarında aktiv fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk gündən etibarən, şirkət əsasən avtomobillərin daşınması üzrə ixtisaslaşdırılmışdır.

“Nurgün”“ Şirkətlər Qrupu avtomobil yağları bazarında özünün xüsusi mövqeyi ilğ seçilən “Chevron-Texaco” Konserninin rəsmi dileridir.

“Nurgun Motors” şirkəti 2006-cı ildə “UĞUR” Milli mükafatı “İlin dileri” nominasiyasında, 2007-ci ildə Caspian Energy İntegration Award beynəlxalq mükafatı “İlin servisi” nominasiyasında, 2012-ci və 2014-cü ildə Azərbaycan Avtodilerlər Assosiasiyasının “QIZIL ÇARX” mükafatı “İlin servisi” nominasiyasında, 2012-ci il. “Azeri Business Award” Milli Mükafatı “İlin Lüks Avtomobil Brendi. INFINITI” nominasiyaları üzrə mükafatlandırılmışdır. Fəaliyyətinin demək olar ki, bütün mərhələlərində “Nurgun Motors” şirkəti məhsulların yüksək keyfiyyətinə və digər göstəricilərə görə bir neçə dəfə müxtəlif mükafatlara layiq görulmüşdür.

Əzizovun əsas prioritetlərindən biri – innovasiyaların tətbiqi, rəqəmsal texnologiyaların satış və xidmət proseslərinə inteqrasiyası, həmçinin, yerli bazarın ehtiyaclarına uyğunlaşmaqdır. Onun bu baxışı sayəsində “Nurgün Motors” müasir avtomobil satışı və texniki xidmət sahəsində qabaqcıl modellər təqdim edən, daim yenilənən bir şirkətə çevrilib.

Rafael Əzizov, eyni zamanda sosial məsuliyyətli rəhbər obrazı ilə də seçilir. Gənclərin peşəkar inkişafına dəstək, əməkdaşların motivasiyası və şəhid ailələri, qazilər kimi sosial həssas qruplara göstərilən yardım onun dəyərlər sistemində xüsusi yer tutur. Şirkət çərçivəsində həyata keçirilən sosial layihələr və dəstək proqramları cəmiyyətlə birbaşa və mənalı bir əlaqə qurmağa xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafı və qeyri-neft sektorunun gücləndirilməsi ilə bağlı çağırışlarına cavab olaraq, Rafael Əzizovun rəhbərliyi altında “Nurgün Motors” yerli iqtisadiyyatın mühüm dayaqlarından birinə çevrilib. Onun fəaliyyəti göstərir ki, düzgün idarəçilik, müasir düşüncə və sosial məsuliyyət bir araya gəldikdə, davamlı və uğurlu biznes modeli qurmaq mümkündür.

Rafael Əzizovun rəhbərlik etdiyi bu yol, yalnız “Nurgün Motors”un deyil, bütövlükdə Azərbaycan avtomobil sənayesinin inkişafına mühüm bir töhfədir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda yeni körpü tikilir

  • Bu gün, 11:37
  • 3
  • 0

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter