Vüqar Abasov: Möhtərəm Prezident sentyabr ayında başlanan Vətən Müharibəsi sizin rəhbərlik etdiyiniz Azərbaycan Ordusunun şanlı qələbəsiylə nəticələndi
- 25.11.2020, 13:44,
- Cəmiyyət
Baxılıb: 183
Facebook
Вконтакте
Одноклассники
Google+
1993 cü ildən bəri Azərbaycanda ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi islahatlar öz məntiqi nəticələrini göstərməkdədir. Ölkəmiz bazar iqtisadiyyatı yolunda inamla irəliləyir, dünya və xüsusilə də Avropaya inteqrasiya prosesi getdikcə sürətlənir. Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğu, azad sahibkarlığa geniş imkanlar yaradılması, özəl sektora göstərilən hərtərəfli dövlət qayğısı ölkə iqtisadiyyatının inkişafına təkan verir. Cəmiyyətin avanqard qüvvəsinə çevrilmiş sahibkarlıq bu inkişafın ön sıralarında gedir. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin rəhbərliyi altında başlanmış və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasından bəhrələnən şirkətlər sırasında "Cahan Holdinq" də var. Fəaliyyəti dövründə "Cahan Holdinq" biznesin bir çox sahələrində uğurlar qazanıb. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən "Cahan Holdinq" avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. “Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, sahibkarlığın inkişafına, yeni istehsal sahələrinin yaradılmasına xüsusi diqqət və qayğı göstərilir.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abasov da Azərbaycanda biznesin inkişafına yaradılan şəraitdən faydalanan sahibkarlardandır. Onun sözlərinə görə, ötən illər ərzində “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı kiçik bir şirkətdən istehsal, ticarət, xidmət, inşaat sektorlarını əhatə edən böyük bir quruma çevrilə bilib. Hazırda bu qurumun tabeliyindəki müəssisələrin istehsal etdiyi məhsullar təkcə Azərbaycanda istehlak olunmur, həmçinin xaricə də ixrac edilir.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abasov - Möhtərəm Cənab Prezident
Mən bir Azərbaycan vətədaşı olaraq çox sevinirəm ki, sizin kimi müdrük, uzaqgörən siyasi liderin rəhbəriyi ilə Azərbaycanın Şanlı Ordusunun tarixinə qızıl hərflərlə yazılan Böyük Qələbənin şahidiyəm.
Sentyabrın 27-si Azərbaycan tarixində yeni səhifə açıldı. Ölkəmiz doğma torpaqlarının düşmən tapdağından azad edilməsi üçün əks-həmlə əməliyyatlarına başladı və 44 gün ərzində öz torpaqlarını yağı düşməndən azad etdi. İkinci Vətən müharibəsini yaşadıq. Siyasi meydanda qələbəni hərbi gücümüz təmin etdi. Azərbaycan Ordusu öz sözünü dedi və düşmənə qan uddurdu. Nəhayət, 44 günlük müharibənin yekunu Bəyanatın imzalanması ilə oldu. Cənab Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsini müvəffəqiyyətlə başa vurdu. Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı.
Məhz noyabr ayının 10-da imzalanan bəyanatla Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bəyanat Ermənistanın kapitulyasiyası idi. Faktiki olaraq Ermənistan tərəfi müharibədən məğlub çıxmış olduğunu bu bəyanatla təsdiq etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcə bəyanatı imzalamaqdan imtina etməsinə baxmayaraq, sonradan imzalamaq məcburiyyətində qaldı. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi Paşinyan bu bəyanatı Azərbaycanın dəmir yumruğunun hesabına imzaladı.
Bəyanatla uzun illər ərzində davam edən işğala son qoyuldu, insanlarımızın 30 illik həsrətinə son qoyuldu. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edildi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da Naxçıvanın 30 illik blokadasına son qoyuldu və türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa edildi.
Bəyanatın ən mühim üstünlüyü ondan ibarət oldu ki, Dağlıq Qarabağın statusu haqqında bir kəlmə belə onda yer almadı. Belə ki, Qarabağa heç bir status, muxtariyyət verilmədi.
10 noyabr tarixli bəyənatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürdü. Bu prosesə, eyni zamanda münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək ki, bu da münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində müstəsna rol oynayacaqdır.
Sizin rəhbərliyiniz altinda ölkəmizdə olduqca böyük işlər görülmüş, dünyaya səs salmış müzəffər ordu quruculuğu işləri aparılmışdır. Əldə etdiyimiz qələbə Sizin titanik əməyinizin nəticəsidir. Nizamlı Orudumuz Sizin Şah əsərinizdir. Siz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı və onun rəhbərliyi altında yazılmış inkişaf strategiyasını bu günün tələblərinə uyğun modernləşdirib, Azərbaycanı dünyaya güclü ölkə, etibarlı tərəfdaş və söz sahibi olan ölkə kimi tanıtdınız.
Möhtərəm Prezident sentyabr ayında başlanan Vətən Müharibəsi sizin rəhbərlik etdiyiniz Azərbaycan Ordusunun şanlı qələbəsiylə nəticələndi. Azərbaycan Respublikasının əzəli torpaqların erməni işğalçılarından azad etməyiniz xalqımıza sonsuz qələbə sevinci yaşatmaqla yanaşı, bir milyondan çox məcburi köçkünün doğma yurd-yuvalarına qayıtması səbəb oldu.
Buna görə də xalqımız sizin daxili və xarici siyasətinizi bəyənirvə bir yumruq altında birləşir.
Yaşasın Azərbaycan Dövləti!
Yaşasın Azərbaycan Respublikasının Prezidenti!
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Azərbaycanın Müzəffər Ordusu!
Qarabağ Azərbaycandır!
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 259
- 5 505
- 10-02-2022, 10:36
- 28 469
- 244
- 7-04-2022, 11:57
- 21 647
- 207
- 26-04-2019, 16:16
- 16 196
- 46
- 18-09-2019, 10:29
- 13 704
- 119
- 12-12-2020, 12:00
- 13 457
- 92
- 11-04-2022, 16:00
- 11 903
- 12
- 15-05-2019, 20:27
- 11 129
- 54
- 24-05-2020, 23:28
- 10 035
- 3
- 26-04-2019, 15:39
- 9 535
- 100
- 27-04-2019, 10:08
- 9 097
- 2
- 23-10-2019, 21:00
- 8 113
- 1
- 29-11-2019, 09:00
- 7 962
- 3
- 13-05-2020, 22:05
- 7 817
- 0
- 28-04-2019, 20:56
- 7 584
- 2
- 23-04-2019, 21:57
- 7 355
- 2
- 11-03-2022, 12:24
- 310 259
- 5 505
- 10-02-2022, 10:36
- 28 469
- 244
- 7-04-2022, 11:57
- 21 647
- 207
- 7-11-2019, 09:36
- 6 163
- 128
- 18-09-2019, 10:29
- 13 704
- 119
- 26-04-2019, 15:39
- 9 535
- 100
- 12-12-2020, 12:00
- 13 457
- 92
- 10-02-2023, 10:54
- 4 365
- 59
- 22-12-2021, 14:22
- 4 810
- 58
- 15-05-2019, 20:27
- 11 129
- 54
- 26-04-2019, 16:16
- 16 196
- 46
- 14-01-2020, 09:33
- 6 862
- 20
- 11-04-2022, 16:00
- 11 903
- 12
- 27-03-2021, 14:25
- 5 031
- 7
- 29-11-2021, 09:36
- 4 623
- 5
- 29-09-2020, 11:15
- 5 046
- 5
- 24-09-2020, 11:41
- 5 081
- 5
- 16-05-2019, 14:19
- 6 975
- 5
- 15-05-2019, 09:47
- 5 315
- 5
SOSİAL ŞƏBƏKƏLƏR