• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Ordumuza çörək bişirən aşpaz: “İnana bilmirəm ki, kitablarda oxuduğum Qarabağı gəzirəm” - FOTO/VİDEO

Ordumuza çörək bişirən aşpaz: “İnana bilmirəm ki, kitablarda oxuduğum Qarabağı gəzirəm” - FOTO/VİDEO


Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribat törədib. Bundan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Əməliyyatlar nəticəsində beş şəhər mərkəzi, üç qəsəbə və 300-ə yaxın kənd uzun sürən düşmən tapdağından azad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, digər torpaqlarımız da işğaldan azad olunub.

Müharibə ordumuzla bağlı bir sıra maraqlı məqamlarla yadda qalıb.

Onlardan biri də sosial şəbəkələrdə bir qrup şəxsin orduda çörək bişirməsi olub.

Orduda olan aşpaz Kamran Abdullayev ordumuzdakı fəaliyyətləri barədə Oxu.Az-a danışıb.

O bildirib ki, orduya gəlmədən əvvəl aşpaz kimi işləyib:

“Azərbaycan Milli Kulinariya Mərkəzində çalışıram. Oktyabrın 18-də könüllü olaraq 50-dən çox aşpazla cəbhəyə yollandıq. Məqsəd ordumuza yemək bişirmək olub. Döyüş vaxtı çox çətin anlar yaşadıq. Raket, minomyot və topların səsi qulaq batırırdı.

Əvvəllər hamımızın içində qorxu olsa da, biz o qorxuya qalib gəldik. Çünki hamımız bu torpaqlar üçün buradayıq. Döyüşlə bizim aramızda 10-15 km məsafə olardı, amma atılan raketləri, avtomat səsləri çox yaxından eşidilirdi. Biz aşpazlar əsgərlərə yemək bişirmək üçün Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları üzrə komandalara ayrılmışdıq.

Ön cəbhədə döyüşənlər üçün sutkalıq əsgər payı adlanan bağlamanı düzəldir və göndərirdik. Paytaxtdakı vəziyyətlə cəbhədəki vəziyyət eyni deyil. Bu torpaqlarda bəzən bir günə beş kənd, bəzən beş günə bir kənd alınırdı. Əsgərlərimiz və zabitlərimizin ruh yüksəkliyi bizə qürur verirdi”.

Onun sözlərinə görə, Bakıdan cəbhəyə könüllü getməsindən ailəsi 10 gün sonra xəbər tutub:

“Onlara zəng etdim və dedim ki, vəziyyətim yaxşıdır, narahat olmayın. Mənim atam da Qarabağ qazisidir. O da o vaxt işini atıb cəbhəyə yollanmışdı, bir həftədən sonra xəbər etmişdi. Mən atamla fəxr etdiyim kimi, atamın da mənimlə fəxr etməsini istəyirdim, elə də oldu”.

K.Abdullayev vurğulayıb ki, daha sonra Şuşadan xəbər gəlib ki, çörək bişirmək üçün oraya yollanmalıdır:

“Biz beş nəfərlik aşpaz heyəti ilə Şuşaya qalxdıq. Hər gün, gülə-gülə mahnı oxuyaraq, 5000 çörək bişiririk. Çörəyi elə sevgi ilə bişiririk ki, bütün şəhərdən çörəyin ətri gəlir”.

Həmsöhbətim deyir ki, inana bilmir ki, uşaq vaxtından kitablarda oxuduğu Dağlıq Qarabağın rayonlarını gəzib:

“Maraqlı hadisələrdən birini danışım. Döyüşlər vaxtı çimməyə şərait yox idi. Dayanıb siqaret çəkirdim, birdən dağın yamacında bir böyük su çəni gördüm. Əsgərlərlə su çənini aşağı endirdik, içini təmizlədik, çənin altına iri daşlar qoyub içini su ilə doldurub altını yandırdıq.

Su qızdı, baş tərəfindən dəlik açdıq və balaca turba keçirdik, qarşısına daxma tikdik, səhrada generatorumuz vardı deyə, daxmaya işıq çəkdik. 300 nəfərə yaxın əsgər çimdi. Axşam ocağın başına yığışıb muğamlar, mahnılar oxuyuruq. Sanki illərdir hamı bir-birini tanıyır. Hamı bir yumruq şəklində birləşib”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda sabiq rəis həbs edildi

  • Bu gün, 12:49
  • 12
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 115
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 813
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter