• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Baş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLAR

Baş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLAR


Baş Prokurorluğun yeni inzibati bina kompleksində ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə media-tur təşkil edilib.
Report xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, məqsəd jurnalistləri prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış etməkdir.

Qeyd edilib ki, səmərəli işləmək üçün bütün imkanların yaradıldığı inzibati bina prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir: "Dörd korpusdan ibarət kompleksin altı və dörd mərtəbəli iki inzibati binasında Baş prokurorluğun 6 idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan 2 tikilisində isə yataqxana və konfrans korpusları yerləşir. Bina kompleksi 8 sürətli lift, ehtiyyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, IP telefoniya, təhlükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən sulu və köpüklü yanğınsöndürmə sistemləri təciz olunub. İnzibati binada yaradılmış 3 iclas zalı və 320 nəfərlik konfrans zalının müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları, təqdimatların keçirilməsinə imkan verir".

Kənan Zeynalov qeyd edib ki, bina kompleksində 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya da yaradılıb: "Burada Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iri çaplı artileriyya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür. Qalereyada həmçinin, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komadanı İlham Əliyevin Şuşa şəhəri və işğaldan azad olunmuş digər ərazilərə olan səfərlərindən, eləcə də Qələbə münasibətilə bağlı 10 dekabr 2020-ci il tarixdə keçirilmiş hərbi paradı özündə əks etdirən fotoşəkillər, İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Prokurorluq orqanları işçilərinin adlı siyahısı yer alıb".

Baş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLARBaş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLARBaş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLARBaş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLARBaş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLARBaş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLARBaş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLARBaş Prokurorluğun yeni inzibati binasına media-tur təşkil edilib - FOTOLAR
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda sabiq rəis həbs edildi

  • Dünən, 12:49
  • 24
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 127
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 828
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter