• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Toy qərarından sonra restoranlarda kəskin bahalaşma - QİYMƏTLƏR

Toy qərarından sonra restoranlarda kəskin bahalaşma - QİYMƏTLƏR


Azərbaycanda iyulun 1-dən toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib.

Şərtlərə əsasən, şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) ya 50 nəfərə qədər vaksin pasportu tələb olunmadan tibbi maskadan istifadə edilməklə və ya 150 nəfərə qədər COVID pasportu ilə keçirilə bilər.

Qərarın ardından toy mərasimlərində iştirakçı sayı üzrə qoyulan limitin aşağı olmasının uzun müddətdir işləməyən şadlıq saraylarının zərərini kompensasiya etməyəcəyi deyilir. Elə bu səbəbdən şadlıq saraylarının xidmət üzrə müəyyən etdiyi qiymətləri artıracağı müzakirə mövzusuna çevrilib.

"Ölkə.az" olaraq şadlıq saraylarında mövcud vəziyyət, qiymətlərlə bağlı yenilikləri müəyyən etmək üçün bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq.

"Şahənşah" şadlıq sarayından sualımıza cavab olaraq bildirildi ki, maksimum iştirakçı sayı 150 nəfər müəyyən olunduğundan qiymətlər 60 manatdan başlayır:

"Əgər iştirakçı sayının daha çox olmasına icazə verilərsə, qiymətlər də aşağı enər. Daha əvvəl qiymət 40-45 manat müəyyən olunmuşdu. Zalımız böyük olduğundan daha əvvəl 150 nəfərlik toyların keçirilməsinə razılıq vermirdik. İndi isə qanun belə tələb etdiyindən razılaşmaq məcburiyyətindəyik".

"Gilavar" şadlıq sarayından isə bildirildi ki, masa qiyməti 50-60 manatdır:

"Ötən il bir masada 12 nəfər otururdu, indi isə 6 nəfər oturur. Bu səbəbdən daha əvvəl endirim edə bilirdiksə, indi edə bilmirik".

"Sultan" şadlıq sarayından isə deyildi ki, masa qiyməti 50 manat müəyyən olunub. İştirakçı sayının aşağı olması və 150 nəfərlik limit qiymətin artmasına səbəb olub. Həmçinin əlavə xərclər də ortaya çıxır.

Bir sıra digər şadlıq sarayları ilə də əlaqə saxladıq və analoji vəziyyət həmin restoranlarda da qeydə alındı.

İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.az”a açıqlamasında bildirdi ki, prosedur qaydalarının çox sərt olması, həmin qaydalara uyğun toy keçirmək istəyənlərin sayını azaldacaq. Ekspertin sözlərinə görə, 150 nəfərlik say məhdudiyyətinin olması restoranlarda, şadlıq saraylarında qiymətlərin kəskin artması ilə nəticələnəcək:

“Çünki onların da əlavə xərcləri yaranır. Belə ki, COVID-lə bağlı dezinfeksiya tədbirləri, yer məhdudiyyətinin olması maya dəyərinin artmasına səbəb olur. Bununla da bir nəfər üzrə yer pulunun maya dəyəri də artacaq ki, bu da qiymətləri yüksəldəcək”.

Ekspert əlavə etdi ki, 500-600 nəfərlik zallara malik olan şadlıq saraylarında 150 nəfərlik toy məclisi keçirmək sərfəli deyil və kifayət qədər baha başa gələcək:

“Çünki işçi sayı, ora sərf olunan elektrik enerjisi, kommunal xidmətlərin həcmi eyni qalacaq. Lakin qonaq sayı az olacaqsa, təbii ki, qiymətlər də artacaq”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 024
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 713
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter