Koronavirusu ağır keçirən hamilələrdə erkən doğumlar olur
- 27.08.2021, 15:32,
- Cəmiyyət
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ağır COVID-19 keçirmiş hamilə qadınlarda körpələrin vaxtından əvvəl doğulduğu xəbərləri var. Ancaq erkən doğuşa nəyin səbəb olduğunu dəqiq bilmək çətindir”.
Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib. O bildirib ki, hamiləlik dövründə böyüyən körpə ananın ağciyərlərinin, ürəyinin, qan dövranının fəaliyyətini artırır:
“Ağır COVID-19-un olması bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə olan bütün qadınlar xəstəxanada yaxından izlənilməlidir. Hərarətə səbəb olan kəskin xəstəliklər erkən doğumla əlaqəli ola bilər”.