• 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Hacı Zeynalabdin Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı ilə nəsillərin yaddaşında silinməz iz qoydu

Hacı Zeynalabdin Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı ilə nəsillərin yaddaşında silinməz iz qoydu


Azərbaycanın görkəmli xadimi olmaqla yanaşı, həm də ölkəsinin neft sənayesinin banilərindən biri olan, Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasında böyük təsiri olan xeyriyyəçi mesenat və milyonçu kimi daxil olmuş Hacı Zeynalabdin Tağıyev ölkədə incəsənət, jurnalistika və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərmişdir. Onun haqqında çox danışmaq olar. O, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqını qəlbən sevən, xalqının gələcəyini düşünən bir insan idi. O, Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş böyüyür. Təbiətinə sadiq qalan Zeynalabdin böyüyəndə də xeyir işlər görür, ehtiyacı olanlara kömək edir. “Bir çörək özün ye, birini də Allah yolunda ver”.

2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzaladı. Məsələ ilə bağlı açıq müsabiqə elan edildi və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəldi. Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldıldı. Yanvarın 18-i 2022– ci ildə açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən özü etdi.

Bu tarixi şəxsiyyət tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addım idi. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun pulu hesabına məktəblər açılmışdır.

Tağıyev həmçinin azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir, onun pulları sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alıb. Bu gənclər sırasında məşhur insanlar, o cümlədən Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov da vardır.

Onu da qeyd etməliyəm ki, tələbələrin arasında cənab Prezidentin babası Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Əziz Əliyev Tağıyevin göndərdiyi pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Nəticədə o həm gözəl həkim, həm də böyük dövlət xadimi olmuşdur. Tağıyev Rusiya imperiyası, İran və Buxara Əmirliyi tərəfindən bir sıra medal və ordenlərlə təltif olunmuşdur.

Deyə bilərəm ki, Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Tağıyev olmuşdur. Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə bilərik. Baxmayaraq ki, o, kasıb ailədə doğulub və o dövrün mühitində böyüyüb, amma Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir.

Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmişdir. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına ilk dəfə olaraq Qurani-Kərim Azərbaycan dilinə tərcümə edilmiş, Azərbaycanda bir çox dini abidələr inşa edilmiş və təmir olunmuşdur.

Hazırda müstəqil dövlətimizdə xeriyyəçilik ənənələri davam etdirilir. Heydər Əliyev fondu, Dirçəliş Fondu və “YAŞAT” Fondu xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Hazırda azad edilmiş torpaqlarda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Həmçinin məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə icra etdirilir. Bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm də xaricdə xeyriyyəçilik fondları hesabına müalicə alır, öz sağlamlığını bərpa edir.

Bu gün dövlət səviyyəsində xeyriyyəçilik işlərinin genişləndirilməsi və fasiləsiz sürətdə davam etdirilməsi olduqca əlamətdar fəaliyyətdir. Xalq bunu görür və yüksək qiymətləndirir. Biz ziyalılar ölkə rəhbərimizin bu cür addımlarını alqışlayır, bu yolda davam etməsini diqqətlə və böyük fərəhlə izləyirik.

Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidmətlərinə görə ölkə rəhbərimizin hər bir addımını dəstəkləyir və təşəkkürümüzü bildiririk.

Asiyə Əliyeva,

Salyan rayon Qardili kənd tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllim
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 48
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 48
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 088
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 786
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter