• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

“İnfiniti”dəki hadisəyə görə işdən çıxarılan rəisə yeni vəzifə verildi

“İnfiniti”dəki hadisəyə görə işdən çıxarılan rəisə yeni vəzifə verildi


Ötən il avqust ayında məşhur “İnfiniti” və “Extra” gecə klublarında karantin qaydalarının pozulmasına görə işdən çıxarılan Nərimanov RPİ-nin rəisi vəzifəni icra edən polis polkovnik-leytenantı Farid Vəliyevə yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Farid Valiyev Şirvan şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, karantində gecə klublarından çəkilən və sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra DİN obyektlərdə əməliyyat keçirmişdi. Bu zaman müştərilərə qəlyan verildiyi, klubun gecə saat 12-dən sonra da işlədiyi məlum olub. Buna görə “İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.

Həmin hadisəyə görə Farid Vəliyevlə birlikdə Nərimanov RPİ 17-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli də vəzifəsindən azad edilmişdi. Məlumata görə, həmin vəzifəli polislər gecə klublarında karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Dünən, 09:37
  • 7
  • 0

Onlar belə maaş alacaqlar

  • 5-06-2026, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 223
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 177
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter