Azərbaycan qadını ölkəmizin, dövlətimizin və millətimizin gələcək istiqbalının təməlidir
- 08.03.2022, 11:28,
- Cəmiyyət
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Hər bir cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malik olur
Qadınlarımız bütün sahələrdə uğurlu fəaliyyət göstərir, Azərbaycanın daha da möhkəmlənməsinə, çiçəklənməsinə öz töhfələrini vermək üçün səylə çalışırlar. Yenə də qeyd edirik ki, vacib amil hər kəsin öz üzərinə düşən missiyanı lazımi səviyyədə yerinə yetirməklə ölkəmizin inkişafına dəstək olmasıdır.
Ümumiyyətlə, qadınlara diqqət dövlət siyasətinin prioritetləri sırasındadır. Qadınların ayrı-ayrı sahələrdə təmsil olunmalarının statistikasına diqqət yetirdikdə fəallığın hansı səviyyədə olduğu aydın görünür. Bu faktı xüsusi qeyd etmək lazımdır ki, qadınların böyük çoxluq təşkil etdiyi sahələr arasında səhiyyə və təhsil xüsusi yer tutur. İqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft sənayesində çalışan qadınlarımız da böyük çoxluq təşkil edir. Onlar dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə töhfələrini verməklə Azərbaycanın işıqlı gələcəyinə çalışırlar. Qadınların ölkədə geniş vüsət alan abadlıq, quruculuq işlərinə töhfələri davamlıdır. Bu da ondan irəli gəlir ki, qadınlarımız ölkənin hərtərəfli inkişafında, çiçəklənməsində, qüdrətlənməsində səylərini əsirgəmir, çalışdıqları sahədən asılı olaraq gördükləri işlərin miqyasını daha da genişləndirməyə maraq göstərirlər. Onların bu səyləri qeyd etdiyimiz kimi, digər əsas missiyalarına - ailənin dayağı, ocağın qoruyucusu vəzifəsinə əsaslanır.
Milli-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir sıra ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə uğurlar qazanması Azərbaycan qadınının mədəni və intellektual səviyyəsindən xəbər verir.
Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Azərbaycan qadını həm də vətənpərvərdir. 44 günlik Vətən müharibəsi Azərbaycan qadınının öz doğma vətəninə, torpağına və bayrağına nə qədər bağlı olduğunu bir daha göstərdi. Yüzlərlə həkim və tibb bacısının, mətbuat işçisinin ön xətdə əsgərlərimizin yanında olması Azərbaycan qadınının cəsarətinin göstəricisidir. Qəhrəman Azərbaycan əsgərini dünyaya gətirən, böyüdən, onu vətənpərvər ruhda tərbiyə edən də məhz Azərbaycan qadınıdır. Azərbaycan qadını ölkəmizin, dövlətimizin və millətimizin gələcək istiqbalının təməlidir.
Mahir Xankişiyev,
Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 118
- 5 501
- 10-02-2022, 10:36
- 28 418
- 244
- 7-04-2022, 11:57
- 21 585
- 207
- 26-04-2019, 16:16
- 16 145
- 45
- 18-09-2019, 10:29
- 13 659
- 119
- 12-12-2020, 12:00
- 13 391
- 92
- 11-04-2022, 16:00
- 11 858
- 12
- 15-05-2019, 20:27
- 11 081
- 54
- 24-05-2020, 23:28
- 9 990
- 3
- 26-04-2019, 15:39
- 9 481
- 99
- 27-04-2019, 10:08
- 9 051
- 2
- 23-10-2019, 21:00
- 8 067
- 1
- 29-11-2019, 09:00
- 7 914
- 3
- 13-05-2020, 22:05
- 7 772
- 0
- 28-04-2019, 20:56
- 7 538
- 2
- 23-04-2019, 21:57
- 7 310
- 2
- 11-03-2022, 12:24
- 310 118
- 5 501
- 10-02-2022, 10:36
- 28 418
- 244
- 7-04-2022, 11:57
- 21 585
- 207
- 7-11-2019, 09:36
- 6 097
- 125
- 18-09-2019, 10:29
- 13 659
- 119
- 26-04-2019, 15:39
- 9 481
- 99
- 12-12-2020, 12:00
- 13 391
- 92
- 10-02-2023, 10:54
- 4 299
- 57
- 22-12-2021, 14:22
- 4 756
- 57
- 15-05-2019, 20:27
- 11 081
- 54
- 26-04-2019, 16:16
- 16 145
- 45
- 14-01-2020, 09:33
- 6 815
- 20
- 11-04-2022, 16:00
- 11 858
- 12
- 27-03-2021, 14:25
- 4 985
- 7
- 29-11-2021, 09:36
- 4 578
- 5
- 29-09-2020, 11:15
- 5 000
- 5
- 24-09-2020, 11:41
- 5 035
- 5
- 16-05-2019, 14:19
- 6 930
- 5
- 15-05-2019, 09:47
- 5 269
- 5
SOSİAL ŞƏBƏKƏLƏR