• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Bürclər 5 noyabr

Bürclər 5 noyabr

Qoç – Əyləncə, istirahət, yaxınlarla ünsiyyət üçün yaxşı gündür. Bu gün düşünmək hərəkət etməkdən daha yaxşı alınacaq. Amma bu, qorxulu deyil. İndi fasilə götürə və heç nə etməyə bilərsiniz. Gün səfərlər üçün əlverişlidir. Evdən kənarda sərfəli bazarlıqlar etmək şansınız var.

Qohumlarınız həyatınıza bir qədər narahatlıq gətirəcəklər. Yaranmış problemlərin həllində onlara kömək etməli olacaqsınız. Təəssüf ki, sizin məsləhətlərinizə (yeri gəlmişkən, çox yaxşı məsləhətlərə) heç kim qulaq asmır. Bu, əsəbilik yarada bilər.



Buğa – Siz ətrafdakılara çox az diqqət yetirirsiniz. Bu, pisdir. Çünki ətrafda diqqətlə nəzər yetiriləsi adamlar var. Küsəyənlik, tənqidə hədsiz həssaslıq sizin uğur əldə etməyinizə mane ola bilər. İş danışıqları uğursuz keçəcək, kimsə sizi öz iradəsinə tabe etdirməyə çalışacaq.

Gün qonaq, eləcə də uzaqdan gələnləri qəbul etmək üçün münasibdir. Günün ikinci yarısında səfərlər yaxşı alınacaq. Turist göndərişləri, bilet, eləcə də, səyahətlər üçün lazım olan digər şeyləri almaq olar.



Əkizlər – Bu gün yaranan bütün problemləri həll etmək üçün o qədər də çox şey lazım deyil. Fantaziyanıza sərbəstlik vermək kifayətdir və o, qarşınızda sizi məqsədinizə doğru aparan yolları açacaq. Münasibətlərin yoluna qoyulması, münaqişələrin həlli üçün əla gündür.

Kadr məsələləri ilə məşğul olmaq, işə adam götürmək və ya kimisə işdən qovmaq tövsiyə olunmur. Bu gün, çətin ki, həmfikir və müttəfiq tapa biləsiniz. Əvvəldən tutulmuş plana sadiq qalmaq çətin olacaq. Şəraitə uyğunlaşmaq lazım gələcək.



Xərçəng – Çətin ki, bu gün təklikdə qalmağa və baş verənləri düşünməyə imkanınız olsun. Özü də bir qədər sakitlik və səssizlik pis olmazdı. Amma həyata keçməyəcək şeyi arzulamaq nəyə lazımdır? Yaxşısı budur, çoxsaylı görüşlərə hazırlaşın, maraqlı tanışlıqlar üçün əlverişli məqamdan istifadə etməyə çalışın. Qadınlarla münaqişələr mümkündür. Yaşlı qadın sizə təzyiq etməyə çalışacaq.

Günün mənfi cəhətlərinə emosional fonun qeyri-sabitliyini aid etmək olar. Məhz buna görə ovqatınız korlanacaq.



Şir – Asan olmayacaq. Həyatın bütün sahələrində ciddi problemlər yarana bilər. Ən yaxşısı – kiminsə gözünə görünməmək, gizlənməkdir. Amma təəssüf ki, sizi axtarıb tapacaqlar. Ən azı, sövdələşmələrdən, vacib sənədləri imzalamaqdan çəkinin.

Siz çox unutqansınız və əvvəllər verdiyiniz vədləri tez-tez unudursunuz. Üstəlik, hansısa çoxdankı sirrinizin üstü açıla bilər. Pis xəbəri ətrafdakılara necə çatdırmaq barədə ciddi düşünmək lazım gələcək.



Qız – Səy göstərsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz. Hərəkətlərinizdə ardıcıl olun, kiminsə sizə təzyiq göstərməsinə imkan verməyin. Əgər hansısa yeni işə başlayırsınızsa, müttəfiqlərinizin dəstəyini alın. Çətinliklərin öhdəsindən gəlmək asan olmayacaq. Cüzi pul gəliri mümkündür.

Gün ailəvi problemlərin həlli, eləcə də, müxtəlif ev işləri üçün münasibdir. Qonaq qəbul etmək olar.



Tərəzi – İş üçün münasib gündür. Bürcün əksər nümayəndələri əhəmiyyətli peşə uğurları əldə edəcəklər, inadkarlıqları sayəsində rəqiblərini qabaqlaya biləcəklər. Kimsə sizə həsəd aparsa da, ziyan vura bilməyəcək. Çünki bu gün düşmənlərinizin sayından çox müttəfiqlər tapacaqsınız.

Həyatınıza təsir edəcək gözlənilməz hadisə baş verə bilər. Sizdən asılı olmayan səbəblərdən ailə həyatınızda nəsə dəyişəcək. Uzaq və riskli səfərlərdən imtina etmək tövsiyə olunur. Zədə almağınız mümkündür.

Əqrəb – İctimai fəaliyyət, ünsiyyət, kübar və siyasi tədbirlərdə iştirak üçün münasib gündür. Tək qalanda özünüzü yaxşı hiss etməyəcəksiniz. Bu günün müsbət keyfiyyətlərinə sizin ətrafdakılarla asanlıqla dil tapmağınızı, yaxınlarınızın gizli arzularını hiss edə bilməyinizi aid etmək olar.

Əqrəblər ağzıbütövlüyə, plan və ideyalarını heç kimlə paylaşmamağa meyllidirlər. Belə sirr verməzlik yaxınlarınızı məyus edə, onlarda şübhə oyada bilər.

Oxatan – İş danışıqlarına başlamaq üçün əlverişli gündür. Hətta heç kimin yola getmədiyi adamlarla da dil tapa biləcəksiniz. Yeni işlərə girişmək olar. Amma siz özünüzə çox güvənirsiniz – bu, təhlükəlidir. Dostlarınızın təklif etdiyi köməyi rədd etməyin.

Yaxınlarınızla ünsiyyət, ailə mərasimləri, qohumların əhatəsində istirahət üçün pis gün deyil. Yeni romanların başlaması az ehtimal olunur. Əhval-ruhiyyəniz buna uyğun deyil. Əvəzində gün maliyyə məsələlərinin həlli üçün çox əlverişlidir.



Oğlaq – Həyatınızı, sözün həqiqi mənasında dəyişə biləcəyiniz adi günlərdən biridir. Buna səy göstərmək kifayətdir. Günün başlıca müsbət tərəfi odur ki, siz irəliləməyinizə mane olan şeylərdən imtina etməyə daxilən hazırsınız.

Gün irimiqyaslı biznes layihələri üzərində işə başlamaq üçün çox münasibdir. Bu günə istənilən iş görüşləri və danışıqlarını təyin etmək olar. Cəsarətlə bazarlıq edin. Bu gün hədər yerə pul xərcləməyəcəksiniz.



Dolça – Əvvəlki ilə müqayisədə daha uğurlu və xoş gündür. Nəinki yaranan problemlərin öhdəsindən gəlmək, həm də çətin vəzifələri yerinə yetirmək və vacib qələbələr qazanmaq imkanınız olacaq. Şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər mümkündür. İndi intuisiyanıza etibar edə bilərsiniz. O, sizi pis vəziyyətdə qoymayacaq.

Təhsil üçün çox yaxşı gündür. Bu gün mənimsədiyiniz istənilən informasiya faydalı olacaq. Kübar mərasimlərdə parlamaq imkanını əldən verməyin.



Balıqlar – Məqsədinizə çatmaq üçün orijinial yollar, istəyinizi əldə etməyin qeyri-adi üsullarını tapacaqsınız. Bürcün bəzi nümayəndələrinin həyatlarını köklü şəkildə dəyişmək şansı olacaq. Gün başqa yerə köçmək və ya daşınmaz əmlak almaq üçün əlverişlidir.

Xoş xəbərlər və vacib informasiya almağınız mümkündür. Təəssüf ki, çətinliklər də istisna deyil. Onlar əsasən, sizin imkanlarınızı olduğundan yüksək qiymətləndirmək və köməyin lazım olduğu işlərə təkbaşına girişmək meylinizlə bağlı olacaq.



Milli.Az
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 017
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 703
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter