• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

“Mağazada erməni olduğumuzu biləndə şok keçirdilər” — Azərbaycana gələn erməni jurnalist

“Mağazada erməni olduğumuzu biləndə şok keçirdilər” — Azərbaycana gələn erməni jurnalist


17-21 noyabr tarixlərində Azərbaycana səfər edən erməni icmalçısı, “Şant” telekanalının şərhçisi Artyom Yerkanyan Ermənistan və Azərbaycan jurnalistlərinin ölkələr arasında qarşılıqlı səfərlərini misli görünməmiş bir şey hesab edir.
"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, “Sputnik Ermənistan”a müsahibəsində danışıb.

“Mağazada erməni olduğumuzu biləndə şok keçirdilər” — Azərbaycana gələn erməni jurnalist


“Hər iki ölkə rəhbərlərinin razılığı əsasında ərsəyə gələn belə bir görüş ilk dəfə keçirilirdi, təbii ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə”, - Yerkanyan deyib.

Onun sözlərinə görə, erməni jurnalistlərin sıravi Azərbaycan vətəndaşları ilə bir neçə dəfə görüşmək imkanı olub. “Məsələn, mağazada satıcı bizim erməni olduğumuzu biləndə, bu, onun üçün şok idi, amma heç bir neqativ münasibət yox idi”, - Yerkanyan deyib.

“Mağazada erməni olduğumuzu biləndə şok keçirdilər” — Azərbaycana gələn erməni jurnalist


İcmalçı qeyd edib ki, onlar “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndələrindən konstruktiv münasibət görüblər.
Artyom Yerkanyan Azərbaycanda bir neçə görüş keçirdiklərini təsdiqləyib, hansılar haqda ki, məlumat açıqlanmır. Onun sözlərinə görə, jurnalistlər, qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşlər baş tutub. Erməni jurnalistlər Gəncədə və Qazaxda da olublar. Onlar Bakıdakı erməni kilsəsini ziyarət ediblər. Erməni jurnalistlərin Azərbaycandakı təhlükəsizliyindən danışan Yerkanyan qeyd edib ki, bu baxımdan hər şey yüksək səviyyədə idi. Erməni jurnalistlərin 12-13 cangüdəni var idi.

“Mağazada erməni olduğumuzu biləndə şok keçirdilər” — Azərbaycana gələn erməni jurnalist

“Sputnik Ermənistan” qeyd edir ki, bu, Yerkanyanın Azərbaycana ilk səfəri deyildi. O, burada 1995 və 2001-ci illərdə olub. Jurnalistin danışdığına görə, onun nənəsi Bakıda anadan olub. Yerkanyanın nənəsinin qardaşı Azərbaycanda məşhur adam, incəsənət xadimi olub. Bunu bilən azərbaycanlı jurnalistlər Yerkanyana onun barəsində ən azı hansısa məlumatları tapmağa və ona təqdim etməyə çalışacaqlarına söz veriblər.

“Səfərin nəticələrinə yekun vuraraq, demək istəyirəm ki, onun məqsədi inam körpüsünün yaradılması idi. Əgər ikitərəfli səfərlər sərhəddə daha az adamın ölməsinə kömək edəcəksə, onda bu proses davamlı xarakter daşıyacaq”, - o qeyd edib.

“Mağazada erməni olduğumuzu biləndə şok keçirdilər” — Azərbaycana gələn erməni jurnalist


Xatırladaq ki, Ermənistan tərəfdən Azərbaycana “Şant” telekanalının icmalçısı Artyom Yerkanyan, “Mediamaks” informasiya agentliyinin baş redaktoru David Alaverdyan və İctimai Televiziyanın jurnalisti Edqar Elbayan, Azərbaycan tərəfdən isə Ermənistana “Trend” xəbər agentliyinin baş redaktoru Elçin Vəliyev, “1news.az” saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Kavkaza”nın Azərbaycandakı müxbiri Orxan Yolçiyev səfər ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, "proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin birbaşa razılığı, Ermənistan və Azərbaycanın müvafiq idarələrinin iştirakı ilə hazırlanıb həyata keçirilib".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Əli Əsədov qərar imzaladı

  • Bu gün, 12:37
  • 8
  • 0

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 50
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 090
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 788
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter