Ramiz Hümmətov: Milli Qurtuluşdan Böyük qayıdışa
- 13.06.2023, 12:10,
- Cəmiyyət
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
31№-li Dövlət notariat kontorunun müdiri Ramiz Hümmətov - 1993-cü ilin təlatümlü iyun günlərində Azərbaycanın gələcəyinə görə məsuliyyət hissi duyan milyonlarla insanın gözü Naxçıvana dikilmişdi. Ölkəmizi düşdüyü bu xaos vəziyyətindən ancaq bir nəfər çıxara bilərdi. Xalq zəngin təcrübəsinə, müdrikliyinə və əzminə inanaraq Ümummilli Lider Heydər Əliyevə xilaskarı kimi baxırdı.
9 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Milli Məclisinin qərarı ilə 15 İyun ölkəmizdə Milli Qurtuluş Günü elan edilmişdir. Parlamentin 1997-ci ilin iyunun 27-də rəsmiləşən həmin tarixi qərarında qeyd olunur: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.
Ulu Öndər ölkəmizdə daxili kataklizimlərin yaşandğı, xaosun hökm sürdüyü tarixi bir məqamda cəmiyyətin önundə dayanmağı bacardı. Böyük Öndər xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Cəmiyyətin mövcud iqtisadi, siyasi və hərbi təlatümlərdən xilas etmək missiyasını öz üzərinə götürdü, Azərbaycanın dövlətçilik bünövrəsini möhkəm əsaslar üzərində qurdu. O, ilk növbədə müasir Azərbaycanda dövlətçilik ənənələrini formalaşdırdı.
Müstəqil Azərbaycanın prezidenti kimi andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev çıxış edərək dövlətin gələcək inkişaf istiqamətlərini qeyd etdi: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.
Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra qarşıya qoyduğu əsas hədəflərdən biri qısa müddət ərzində daxili ictimai-siyasi vəziyyətin nəzarət altına alınması, sabitliyin təmin olunması idi. Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi yenu qurulan dövlətin inkişaf yoluna qədəm qoymasının qarşısını alan ən böyük maneələrdən biri idi. Atəşkəs müqaviləsinin imzalanması ilə cəbhədə nisbi sakitlik bərpa olundu.
Ümummilli Liderin hakimiyyəti dövründə müstəqil dövlətin siyasi isdarəetmə sistemi, 1995-ci ildən isə bu siyasi sistemin qanunvericilik bazası formalaşdı. Ümummilli Lider yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəfli, həm də çox çətindir... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır". Beləliklə, Ümummilli Liderin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı.
Ümummilli Liderin yürütdüyü fəal xarici siyasət Azərbaycanın suverenliyini və təhlükəsizliyini daha da gücləndirdi, ölkənin böyük güclərin konfrontasiya meydanına çevrilməsinə imkan vermədi. Ölkənin güclü olmasını şərtləndirən ən önəmli faktorlardan birinin onun silahlı qüvvələri olduğunu yaxşı başa düşən Ulu Öndərin tapşırığı ilə bu sahədə mühüm addımlar atıldı.
İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi. Heydər Əliyevin yaratdığı milli neft strategiyası Azərbaycanı regionda və dünyada lider dövlətlərdən birinə çevirdi. Məhz Ulu Öndərin 1994-cü ildə əsasını qoyduğu neft strategiyasına əsaslanaraq Prezident İlham Əliyev dünyanın enerji xəritəsini daha da zənginləşdirən “Yeni əsrin müqaviləsi”nə imza atdı, Azərbaycanın adını dünya tarixinə yazdırdı. Beləliklə, “Əsrin müqaviləsi” ilə bünövrəsi qoyulan strategiyanın uğurla davam etdirilməsi sayəsində müasir Azərbaycan bu gün yaşıl enerji ixracatçısına çevrilməkdədir. Bu isə o deməkdir ki, Azərbaycan yalnız dünyanın enerji xəritəsində yeri olan ölkə deyil, həm də bu xəritəni dəyişən, əsas konturlarını çəkən ölkədir. Azərbaycan çox nadir ölkələrdın biridir ki, dünyanın yeni çağırışlarla üz-üzə qaldığı mürəkkəb bir dövrdə müstəqil siyasət yürüdərək öz tərəfsizliyini qoruya bilir, yeni təşəbbüslərlə çıxış edir.
Ulu Öndərin iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz, 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə artdı. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128 dövləti əhatə etdi. Həmçinin 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artdı. Ümummilli Lider əhalinin sosial rifahının yüksəldilməsi məsələsini daim diqqət mərkəzində saxlayaraq 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan çox sənəd imzaladı. Nəticədə 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artdı.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin fəaliyyəti ilə qədim İpək Yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən ölkəmizin geostrateji əhəmiyyətini daha da artırdı. Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkanı kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Tarixi İpək Yolunun bərpası istiqamətində həyata keçirilən bir sıra layihələr bu gün Çinin “Bir kəmər - bir yol” layihəsi ilə səsləşir.
Heydər Əliyevin Azərbaycan xalqı və gələcək nəsillər qarşısında ən böyük xidmətlərindən biri də milli ideoloji konsepsiyanın formalaşdırılmasıdır. 1990-cı illərin ortalarında milli kimliklə bağlı müzakirələrin getdiyi bir vaxtda Heydər Əliyev böyük uzaqgörənliklə azərbaycançılıq ideyasını irəli sürdü və təşviq etdi: “Biz müstəqilliyimizi yalnız milli həmrəylik əsasında qoruyub saxlaya biləcəyik. Biz Azərbaycanın xoşbəxt gələcəyini yalnız bu əsasda təmin edə biləcəyik. Məhz bu əsasda biz Azərbaycanı müharibə şəraitindən çıxara biləcəyik. Məhz bu əsasda biz Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcəyik”. Ulu Öndərin uzaqgörənliklə səsləndirdiyi bu fikir öz təsdiqinin Vətən müharibəsi dövründə Prezident-Xalq-Ordu birliyində öz məntiqi nəticəsini qazandığımız Zəfərdə tapdı. Heydər Əliyevin “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi azərbaycanlı milli kimliyini qürur mənbəyinə çevirdi.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bir hissəsi yaradıcısı olduğu və hazırda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə sıx bağlıdır. Tarixi zərurətdən yaranan, böyük sınaqlardan üzüağ çıxaraq, inkişaf yolunda inamla irəliləyən Yeni Azərbaycan Partiyası “dünənin, bu günün və gələcəyin partiyası” olduğunu dəfələrlə təsdiq etmişdir.
Beləliklə, Ümummilli Lider Heydər Əliyev özündən sonrakı onilliklər, hətta yüzillikər üçün siyasi inkişaf konsepsiyasının cizgilərini hazırlamış siyasi liderdir. Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətlə Prezident İlham Əliyev Şuşadan xalqa etdiyi müraciətində Heydər Əliyevin dövlətimiz və xalqımız qaşısında misilsiz xidmətlərini bir daha qeyd edərək, həm də gələcək üçün hədəflərimizin konturlarını aydın şəkildə açıqladı. Yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı Ulu Öndərin 1993-cü ilin 15 iyunundan başlayan yolunu Vətən müharibəsindəki Zəfərə qədər uğurla davam etdirdi.
Bu gün xalqımız Ulu Öndərin müstəqilliyin əbədi və dönməz xəttini uğurla davam etdirir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağı, Şərqi Zəngəzuru dirçəldir. Milli Qurtuluşdan başlayan yol bu gün Böyük Qayıdışla davam etdirilir. Prezident postmüharibə dövründə ölkə üçün əsas hədəflərdən biri haqqında qeyd edir: “Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik”.
Xalqımız Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutur, onu minnətdarlıqla anır və 100 illik yubileyini əsl bayram kimi qeyd edir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 101
- 5 501
- 10-02-2022, 10:36
- 28 409
- 244
- 7-04-2022, 11:57
- 21 573
- 207
- 26-04-2019, 16:16
- 16 136
- 45
- 18-09-2019, 10:29
- 13 650
- 119
- 12-12-2020, 12:00
- 13 378
- 92
- 11-04-2022, 16:00
- 11 849
- 12
- 15-05-2019, 20:27
- 11 071
- 54
- 24-05-2020, 23:28
- 9 981
- 3
- 26-04-2019, 15:39
- 9 468
- 99
- 27-04-2019, 10:08
- 9 042
- 2
- 23-10-2019, 21:00
- 8 057
- 1
- 29-11-2019, 09:00
- 7 905
- 3
- 13-05-2020, 22:05
- 7 763
- 0
- 28-04-2019, 20:56
- 7 529
- 2
- 23-04-2019, 21:57
- 7 297
- 2
- 11-03-2022, 12:24
- 310 101
- 5 501
- 10-02-2022, 10:36
- 28 409
- 244
- 7-04-2022, 11:57
- 21 573
- 207
- 7-11-2019, 09:36
- 6 080
- 124
- 18-09-2019, 10:29
- 13 650
- 119
- 26-04-2019, 15:39
- 9 468
- 99
- 12-12-2020, 12:00
- 13 378
- 92
- 22-12-2021, 14:22
- 4 747
- 57
- 10-02-2023, 10:54
- 4 281
- 55
- 15-05-2019, 20:27
- 11 071
- 54
- 26-04-2019, 16:16
- 16 136
- 45
- 14-01-2020, 09:33
- 6 806
- 20
- 11-04-2022, 16:00
- 11 849
- 12
- 27-03-2021, 14:25
- 4 976
- 7
- 29-11-2021, 09:36
- 4 569
- 5
- 29-09-2020, 11:15
- 4 991
- 5
- 24-09-2020, 11:41
- 5 026
- 5
- 16-05-2019, 14:19
- 6 921
- 5
- 15-05-2019, 09:47
- 5 260
- 5
SOSİAL ŞƏBƏKƏLƏR