• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Bəxtiyar Vahabzadənin hər bir əsəri dəyərlidir, qiymətlidir

Bəxtiyar Vahabzadənin hər bir əsəri dəyərlidir, qiymətlidir




Onun hər bir əsəri bizim mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı inkişaf etdirir.” Xalq şairi Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya?!" pyesinin tamaşasından sonra yaradıcı kollektivin üzvləri ilə görüşündən (7 noyabr 1997-ci il). “Bülbül sənəti Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycanın professional vokal sənətinin banisidir. Onun çoxşaxəli zəngin yaradıcılığı milli muğam ifaçılığının ən yaxşı ənənələrini və dünya vokal məktəbinin nailiyyətlərini ahəngdar şəkildə özündə birləşdirir.” Azərbaycanın xalq şairi, görkəmli ictimai xadim Süleyman Rüstəmin anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsində nitqindən (26 mart 1998-ci il). “Böyük vətənpərvər şair-filosofumuz Məhəmmədhüseyn Şəhriyar klassik irs və müasir ədəbi həyatla bağlı bir sənətkar olmuşdur. O, böyük sənətkar, klassik-romantik poeziyanın mütərəqqi ənənələri ilə bədii ünsiyyətini qoruyaraq, dövrünün novator sənətkarı kimi çağdaş şeirin inkişafında müstəsna rol oynayan yeni ədəbi məktəbin yaranmasına nail olmuşdur.” Dahi şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyi mərasiminin iştirakçılarına müraciətindən (11 aprel 1998-ci il).“Mirvarid xanım Dilbazi Azərbaycan qadınının, anasının ən parlaq, ən gözəl nümunəsidir.” Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqindən (27 may 1998-ci il). “Mirzə Fətəli Axundov İslam dəyərlərini ən gözəl bilən şəxsiyyətlərdən biri olubdur. O, İslam dəyərlərinə çox sadiq bir insan olubdur. Amma eyni zamanda o, Azərbaycanın milli-mənəvi dəyərlərini, İslam dəyərlərini ümumbəşəri, Avropa dəyərləri ilə zənginləşdirərək dahiyanə və xalqımızın inkişafına çox böyük təsir göstərmiş əsərlər yaratmışdır.” “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumda nitqindən (9 dekabr 1998-ci il). “Dahi bəstəkarımız Üzeyir Hacıbəyov nə qədər milli olubsa, o qədər də ümumbəşəri olubdur.” “İslam sivilizasiyası Qafqazda” mövzusunda nitqindən (9 dekabr 1998-ci il). “Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq.” “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasında nitqindən (8 aprel 1999-cu il). “Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır.” “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasında nitqindən (8 aprel 1999-cu il). “Dahi bəstəkar Üzeyir Hacıbəyov 23 yaşında yaratdığı “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur.” "Dövlət gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanından (29 iyul 1999-cu il). “Cəmi 23 il ömür sürmüş Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyəti tarixinə romans, simfonik musiqi və şair kimi bir sıra yeni janrların ilk nümunələrini yaratmış böyük bəstəkar kimi daxil olmuşdur.”
"Dövlət gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanından (29 iyul 1999-cu il). “Azərbaycan xalqı Hüseyn Cavidi çox yüksək qiymətləndirir və onun irsi əsrlər boyu yaşayacaqdır. Onun iradəsi, onun milliliyi və yaradıcılığının özünəməxsus xüsusiyyətləri gələcək nəsillər üçün də böyük örnək olacaqdır.” Naxçıvan MR-nın təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasında nitqindən (12 oktyabr 1999-cu il). “Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxartmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi.” Naxçıvanda Görkəmli yazıçı-publisist, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı mərasimində nitqindən (13 oktyabr 1999-cu il). “Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir.” Cəfər Cabbarlının anadan olmasının 100 illik yubileyi münasibətilə görkəmli dramaturqun “Aydin” pyesinin yeni quruluşda tamaşası zamanı sənətkarlarla söhbətindən (7 may 2000-ci il). “Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir.” Dahi sənətkar Rəşid Behbudovun xatirə gecəsində nitqindən (13 oktyabr 2001-ci il). “Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır.” Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimində nitqindən (9 iyun 2002-ci il). “Müslüm çox mahnılar yaratmışdır, yəni o, özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir.” Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevə “İstiqlal” ordeni təqdim edərkən nitqindən (6 sentyabr 2002-ci il). “Çoxlu ifaçılar olmuşdur. Əlbəttə, onların arasında, müğənnilərimiz arasında birinci yerdə unudulmaz Bülbül durur. Azərbaycan tarixinin bütöv bir mərhələsi onun adı ilə bağlıdır.” Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 60 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitqindən (7 sentyabr 2002-ci il). “Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 18
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 057
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 747
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter